reklam
Regionxeberlericom.az » Sosial » İran Azərbaycana NİYƏ HÜCUM EDƏ BİLMƏZ... - İstəmədiklərindən deyil... cəsarətləri çatmaz...

reklam

İran Azərbaycana NİYƏ HÜCUM EDƏ BİLMƏZ... - İstəmədiklərindən deyil... cəsarətləri çatmaz...


“Mən əvvəlcədən İranın Azərbaycanla müharibəyə girişmək ehtimalına inanmırdım. Ən əsası, ona görə ki, İranın buna gücü yetməz. O da aydın oldu ki, Azərbaycanla sərhəddə təlimləri bilavasitə İran ordusu yox, “SEPAH” keçirirdi. Yalnız bir dəfə ordu təlim keçirib. Yəni bu baxımdan İranın hərbi təlimləri daha çox daxili auditoriyaya hesablanmış təbliğat, ritorika məqsədi daşıyır”.

Bu fikirləri Moderator.az-a açıqlamasında sabiq baş diplomat Tofiq Zülfüqarov “Yəqin ki, xarici işlər nazirlərinin son, geniş danışığından sonra İranın Azərbaycana qarşı müharibəyə girişməsi ehtimalı tamamilə sıfırlanar” sualını cavablandırarkən ifadə edib.

“Tehran bu gün də yaxşı başa düşür ki, Azərbaycana zərbə vurmaq Türkiyəyə zərbə kimi bir şeydir. Zəlzələ olub-olmayıb, fərq etməz... Yadınızdadırsa, səhv etmirəmsə, 2001-ci ildə hələ Türkiyə ilə aramızda hərbi mövzuda rəsmi müqavilələr olmaya-olmaya İranın bir qırıcı təyyarəsi cənub sərhədlərimiz üzərində bir neçə uçuş edəndən dərhal sonra Türkiyə Bakıya “ayulduz”ların eskadrilyasını göndərdi və onlar Xəzər üzərində nümayişkaranə uçuşlar keçirərək Azərbaycanın yalnız olmadığını göstərdilər. Yəni aydındır ki, indi də İran “qırmızı xətt”i keçməz, çünki Türkiyənin əks-zərbəsinin dərhal vurulacağını yaxşı bilir. Biz hələ demirik, Pakistan kimi dostumuz, İsrail kimi müttəfiqlərimiz də bizə dəstək verəcək... Və nəhayət, Tehran rejimi onu da gözəl anlayır ki, ölkəsindəki 30-40 milyon azərbaycanlının orduda olan oğulları heç bir halda gəlib Ermənistana görə Azərbaycandakı qardaşlarına güllə atmayacaq. Bunun əksini, düşünmək tam ağılsızlıq olardı...” -deyə keçmiş nazir vurğulayıb.




Paylaş:


Müəllif : Tarix:
15-04-2023, 16:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər