reklam
Regionxeberlericom.az » Sosial » Toxunulmaz icra başçısının BAŞI CƏNCƏLDƏ... - TƏFƏRRÜAT

reklam

Toxunulmaz icra başçısının BAŞI CƏNCƏLDƏ... - TƏFƏRRÜAT


Astarada çalışan bir qrup sahibkar icra başçısı Qəzənfər Ağayevi məhkəməyə verməyə hazırlaşır.


Sosial mediada yayılan məlumatda bildirilir ki, səbəb icra başçısının yaratdığı süni əngəl və problemlərdir.


Qeyd olunur ki, yaxın günlərdə ölkə başçısına ünvanlanacaq geniş müraciətin mətni də ictimaiyyətə təqdim ediləcək.


Məhkəmə ilə bağlı məsələnin detalları tam açıqlanmasa da, əsasən, sahibkarlara yaradılan süni maneələrə toxunulur.


“Arqument.az” Astara Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənə bilməyib.


Qəzənfər Ağayev 10 ildir ki, Astaraya rəhbərlik edir.


O, ölkə başçısının 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Astara rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.


Buna qədər isə o, 2006-cı il tarixə kimi Yardımlı rayon icra hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə Masallı rayon icra hakimiyyətinin başçısı vəzifələrində çalışıb. //“Arqument.az”//




Paylaş:


Müəllif : Tarix:
17-04-2023, 09:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər