reklam
Regionxeberlericom.az » Sosial » İrəvanda bayrağımızı yandıran şəxs beynəlxalq axtarışa verildi

reklam

İrəvanda bayrağımızı yandıran şəxs beynəlxalq axtarışa verildi


İrəvanda Azərbaycan bayrağını yandıran şəxs beynəlxalq axtarışa verilib.

Baş Prokurorluğun Mətbuat xidməti xəbər verir ki, aprelin 14-də İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Dövlət bayrağımızın yandırılması faktı üzrə Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 12.2, 283.2.1, 12.2, 283.2.2 və 12.2, 324-cü maddələrilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

İbtidai istintaqla “Ermənistan İctimai Televiziyası”nın Dizayn studiyasının rəhbəri işləmiş, 1982-ci ildə İrəvanda anadan olmuş Ermənistan vətəndaşı Nikolyan Aram Vrejinin milli düşmənçilik zəminində qeyd olunan tədbirdə geniş beynəlxalq auditoriya qarşısında Dövlət bayrağımızı qəsdən yandırıb. Onun Azərbaycana qarşı Ermənistan cəmiyyətində milli nifrət və düşmənçiliyin salınmasına, eləcə də milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Aram Nikolyan aprelin 19-da İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Göstərilən xüsusatlarla əlaqədar Baş Prokurorluq tərəfindən xarici dövlətlərin hüquq-mühafizə orqanlarına müraciətlər göndərilərək Aram Nikolyan barəsində dövlət sərhəddini keçdiyi halda saxlanılaraq Azərbaycana ekstradisiya olunması xahiş edilib.




Paylaş:


Müəllif : Tarix:
20-04-2023, 15:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər