reklam
Regionxeberlericom.az » Sosial » "Resepti yazıdırıb, gətirmişəm, xəstəxanada dərmanı vermirlər" - GİLEY

reklam

"Resepti yazıdırıb, gətirmişəm, xəstəxanada dərmanı vermirlər" - GİLEY










"Oğullarımın hər ikisi İkinci Qarabağ müharibəsi iştirakçısı olub. Müharibə vaxtı həyat yoldaşım qorxudan, həyəcandan xəstəliyə tutuldu. 2020-ci ilin oktyabrından xəstəxanalarda qalmışıq. Heç nəyim qalmayıb, hamısını satıb, həkimlərə, xəstəxanalara xərcləmişəm”.

Bunu Meydan TV-yə Ağdaşın Xosrov kənd sakini Qədir Şaban oğlu Əbilov deyir.

Bildirir ki, xroniki böyrək çatışmazlığından əziyyət çəkən həyat yoldaşı Fəriqə Əbilova Ağdaş Rayon Mərkəzi Xəstəxanasında həftədə üç dəfə dializ prosedurundan keçir.

Vətəndaş deyir ki, dializ pulsuz olsa da, dərmanlar onlara xəstəxananın aptekindən pulla satılır: "Xəstəxananın baş həkimi Nuru Nuriyevin əlində rüşvət tutdular. Şəki Apelyasiya Məhkəməsində 2500 manat cərimə ilə buraxıldı. İndi yerinə baş həkimi İntiqam İbrahimovu qoysalar da, hər şeyə yenə də Nuru Nuriyev özü nəzarət edir. Yenə də xəstəxanada baş həkimdir. Bu insan mafiya başçısıdır. Biz pulsuz dərman ala bilmirik”.

"Resepti yazıdırıb, gətirmişəm, xəstəxanada dərmanı vermirlər. Həyat yoldaşım, iki il dörd aydır ki, bu xəstəxanada müalicə olunur. Bu müddət ərzində onlardan bir dəfə pulsuz dərman ala bilmişəm. 2-3 manatlıq "Riboksin”i pulsuz verirlər. 40-50 manat olan dərmanı isə deyirlər ki, yoxdur. Onları apteklərə verib, satdırırlar”, – şikayətçi deyir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) şikayətlə əlaqədar göndərdiymiz sorğunu cavablandırmayıb.

Ağdaş Rayon Mərkəzi Xəstəxanasından Meydan TV-yə bildirilib ki, şikayət əsassızdır.

"Dializ, şəkər xəstələrinə verilən dərmanlar ödənişsizdir. Növbəli şəkildə hər ay hər bir vətəndaş gəlib, dərmanını pulsuz alır”, – xəstəxanadan deyilib.

2021-ci ildə "Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Nuru Nuriyev və Kadrlar şöbəsinin vəzifəli şəxsi Sücaət Hacıyeva rüşvət almaqda təqsirləndirilib.

Nuriyev Nuru İbad oğlu və Hacıyeva Sücaət Əvəz qızına Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvətalma) maddəsi ilə ititham verilib.

Nuru Nuriyev 20 ildən artıq Ağdaş Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, xəstəxana publik hüquqi şəxsə çevrildikdən sonra isə direktor işləyib.

Hazırda tibb müəssisəsinin rəhbəri İntiqam İbrahimovdur. //Meydan TV//




Paylaş:


Müəllif : Tarix:
27-04-2023, 08:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər