reklam
Regionxeberlericom.az » Sosial » Beynəlxalq Bankın məhkəməyə verdiyi şirkətlər kimindir? - İLGİNC

reklam

Beynəlxalq Bankın məhkəməyə verdiyi şirkətlər kimindir? - İLGİNC


Azərbaycan Beynəlxalq Bankı (ABB) iki şirkəti məhkəməyə verib.

Regionxeberlericom.az Qaynarinfo-ya istinadla xəbər verir ki, ABB kredit müqaviləsi üzrə mübahisələrdən dolayı Bakı Kommersiya Məhkəməsində "Hikmət İnşaat” MMC və "Hikmət Aqro” MMC barəsində iddia qaldırıb. Bankın iddiası hakim Zaur Pirverdiyevin icraatındadır.

"Hikmət İnşaat” MMC 21 dekabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Landau küçəsi ev 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Cəbrayılov Əlihüseyn Səfər oğludur.

21 fevral 2006-cı ildə 20 AZN-lik nizamnamə kapitalı ilə qeydiyyatdan keçən "Hikmət Aqro” MMC də "Hikmət İnşaat” MMC ilə eyni hüquqi ünvanda yerləşir. Şirkətin qanuni təmsilçisi isə Xəlilov İlham Salah oğludur.

Yasamal rayonu, Landau küçəsi, ev 6-da daha iki şirkət qeydiyyatdadır. Bunlardan biri "TNH” MMC-dir ki, onun da qanuni təmsilçisi Cəbrayılov Əlihüseyn Səfər oğludur.

Mediada yayılan məlumatlara görə, "TNH” MMC-nin təsisçiləri "Gilan” MMC və "Hikmət İnşaat” MMC-dir. "Gilan” MMC fövqəladə hallar naziri Kəmaləddin Heydərovun şirkəti kimi tanınır. Bu halda "TNH” MMC, "Hikmət Aqro” MMC və "Hikmət İnşaat” MMC-nin də ona məxsus olduğuna şübhələr yaranır.

Yasamal rayonu Landau küçəsi, ev 6 "Astoriya Tibb Mərkəzi” MMC-nin də hüquqi ünvanıdır. MMC-nin qanuni təmsilçisi Əliyev İlham Əlisəftər oğludur.

İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkənidir. O, IV və V çağırış Milli Məclisin deputatı olub.




Paylaş:


Müəllif : Tarix:
27-04-2023, 15:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər