Yeni müavinətlər müəyyən ediləcək - Yenilənib
“Himayədar ailəyə götürdükləri uşaqlar üçün veriləcək aylıq və birdəfəlik müavinətlər təyin ediləcək”.
Fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib.
Həmçinin oxuyun: Новшество от “Trendyol” для азербайджанских пользователей - Фото
Onun sözlərinə görə, müavinətlərə ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu və uşaqların sağlamlıq vəziyyətindən, yaşından, sayından asılı olaraq müəyyən edilmiş əlavə stimullaşdırıcı məbləğlər daxildir.
Komitənin sədri Musa Quliyev isə əlavə edib ki, müavinətlərin məbləğinin nə qədər olacağı ilə bağlı suallar olur: “Qeyd edə bilərəm ki, müavinətlərin məbləği mövcud övladlığa götürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlara verilən müavinətlərin məbləğindən az olmayacaq, hətta həmin müavinətlərin məbləğindən çox olacaq. Bilirik ki, himayədar ailə modeli ilə əlaqəli iki müavinət növü təsis edilir. Biri aylıq, digəri mövsümi geyimləri təminat üçün veriləcək”.
***
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli isə bildirib ki, himayədar ailəyə uşaqların verilməsi limitli olmalıdır.
Nazir müavini vurğulayıb ki, bir himayədar ailəyə 10-15 uşağın verilməsi artıq o himayədar ailəni müəssisəyə çevirir: “Bu halda biz əsas missiyamızdan uzaqlaşırıq. Bir ailədə uşaq sayı üç nəfərlə məhdudlaşdırılmalıdır”.
O, həmçinin qeyd edib ki, valideyn himayəsindən məhrum olmuş 18 yaşdan yuxarı uşaqlar mənzillə təmin olunur və bu, davamlı xarakter daşıyır: “Belə uşaqlar bizə müraciət edərək növbəyə dururlar”.
V. Nəsirli əlavə edib ki, himayədar ailə institutunun təşəkkül tapması üçün maarifləndirmə kampaniyası aparılmalıdır: “Artıq PR strategiyası hazırdır. Bunu geniş şəkildə təqdim edəcəyik. Bu, humanist institutun cəmiyyət tərəfindən qəbul olunması üçün cəmiyyəti maarifləndirəcəyik”.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-05-2023, 14:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər