reklam
Regionxeberlericom.az » Sosial » Çətin durumda yaşayan ailəyə nə üçün sosial yardım verilmir? - Video

reklam

Çətin durumda yaşayan ailəyə nə üçün sosial yardım verilmir? - Video

















Yevlaxda çətin durumda yaşayan ailə ünvanlı dövlət sosial yardımı ala bilmir.

RegionXəbərləricom.az Xezerxeber.az-a istinadla xəbər verir ki, rayonun Aran qəsəbə sakini Seymur Qurbanov həyat yoldaşı və 3 övladı ilə birgə 12 ildir qardaşının evində yaşayır.

Ailə uzun müddət kirayədə qalıb. Daha sonra kirayə haqqını ödəyə bilmədiyindən onlar ailə başçısının qardaşının evində məskunlaşmalı olublar.

İki oğul, bir qız atası olan Seymur Qurbanov bağban işləyir. O, aldığı məvacibin ailənin dolanışığı üçün yetərli olmadığını deyir.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan bildirildi ki, Yevlax rayon sakini Aynurə Qurbanovanın ünvanlı dövlət sosial yardımla bağlı 27 fevral 2023-cü il tarixli müraciətinə əsasən maddi-məişət şəraitinin müayinəsi həyata keçirilib.

''Müayinə zamanı qeyd olunan ünvanda ailənin yaşamaması ilə bağlı əsaslı şübhələr yaranıb və 0,10 hektar həyətyanı sahənin ərizə-bəyannamədə göstərilmədiyi aşkarlanıb. Bu səbəbdən vətəndaşın müraciətinə imtina verilib. Bundan sonra ailə sosial yardımla bağlı müraciət etməyib. Xatırladaq ki, vətəndaşın ünvanlı dövlət sosial yardımla bağlı əvvəlki  müraciətlərinə maddi-məişət şəraitinin müayinəsi zamanı imtinalar verilib. İmtinalara səbəb ailənin gəlir və torpaq mülkiyyəti barədə məlumatları düzgün göstərmədiyi və gizlətdiyi, ərizə-bəyannamədə başqa şəxsə aid telefon nömrəsinin qeyd edilməsi olub'', - deyə Fonddan bildirilib.

Ətraflı videomaterialı təqdim edirik:




Paylaş:


Müəllif : Tarix:
3-05-2023, 21:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər