reklam
Regionxeberlericom.az » Sosial » `Azəriqaz`a imtahan verənlərin AQİBƏTİ NECƏ OLDU, CƏNABLAR? - BU NƏDİ BELƏ?

reklam

`Azəriqaz`a imtahan verənlərin AQİBƏTİ NECƏ OLDU, CƏNABLAR? - BU NƏDİ BELƏ?


"2022-ci ilin avqust və sentyabr aylarında SOCAR Azəriqaz İB -nin regional qaz istismar idarələri üzrə elan edilmiş "Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər" vakansiyası üzrə Azəriqaz İB-nin rəsmi sosial şəbəkə hesablarındakı məlumatlara əsasən 4500-ə yaxın müraciət edilmişdir. İşə qəbul prosesinin sonuncu mərhələsi hesab edilən müsahibə mərhələsində uğurlu nəticə göstərən yalnız 970 nəfər namizədin nəticələri SOCAR-ın Kadr Ehtiyat Bazasına (KEB) daxil edilmişdir (KEB-ə daxil edilmiş nəticələr 1 il müddətində qüvvədə olur)". Bunu SOCAR KEB-ə daxil edilmiş 970 nəfər namizəddən biri olan Vüqar Nağıyev şikayətində qeyd edir.

Naazı vətəndaş daha sonra yazır: "Artıq müsabiqənin bitməsindən 6 aydan çox vaxt keçməsinə baxmayaraq, KEB-ə daxil edilmiş namizədlərdən heç biri işlə təmin edilməyib. Müsabiqədənkənar qəbul edilənlər də ya tapşırıqla, ya da başqa yollarla haqqımız olan ştatlara yerləşdirilən tupoy qohum-əqrəbalarıdır.

Məsələ ilə bağlı dəfələrlə SOCAR prezidenti Rovshan Najaf , Халик Маммадов , Asif Bəkirli və Azəriqazın rəsmilərinə - Ruslan Əliyev , Xəqani Bəşirli və digərlərinə haqlı müraciətlər edilib. Lakin qarşı tərəf özlərinə yaraşan və sərf edən şəkildə "yola verərək" şərhlərimizi cavablandırmadan silirlər. Adlarını tag edirsən blok edirlər!

Azəriqaz İB İnsan resursları departamentinin rəisi Xəqani Bəşirli: "Biz qeyd olunan vakansiya üzrə işə qəbul prosesini gələcək ehtiyaclar üçün başlatmışdıq, əlavə olaraq SOCAR KEB-ə daxil edilmiş namizədlərin işlə təmin olunmasına heç bir öhtəlik daşımır" deməklə kifayətlənmişdir.

Maraqlıdır ki, əgər SOCAR işə qəbul prosesində heç bir öhtəlik daşımırsa, bəs bu qədər şəxsi niyə KEB-ə əlavə edir, həm də mövcud olmayan vakansiya üzrə? Ümumiyyətlə bu nə yanaşmadır? Rəsmi saytın üzərindən ictimaiyyətə açıq şəkildə işə qəbul müsabiqəsi elan edirsən, amma müsabiqə başa çatandan sonra məlum olur ki, heç vakansiya mövcud deyil və heç bir öhtəlik də daşımırsan. Yaxşı, bəs öhtəliyi kim daşıyır, Azərenerji ASC yoxsa Azəristiliktəchizat ASC ya Azərsu ASC ?

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldeniz Veliyev də bir şey əzbərləyib ki, seçim prosesi namizədlərin nəticələrindən asılı olaraq aparılır (guya ən yüksən nəticədən aşağıya doğru).

Əgər elədirsə test imtahan nəticəm 20 bal üzərindən 18 bal (baxmayaraq ki, keçid balı 6 olub), müsahibə nəticəmə gəldikdə isə müsahibə qrupu üzvlərinin bütün suallarını cavablandırmışam. Necə olur ki, 6 ay ərzində hələ növbə mənə gəlib çatmayıb?

SOCAR KEB-ə daxil edilmiş 970 nəfər namizəddən biri olaraq sizdən ictimaiyyətə geniş açıqlama vermənizi tələb edirik!"





Paylaş:


Müəllif : Tarix:
8-05-2023, 10:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər