Saatlıda su problemi gərginliyə səbəb olub
"Saatlı rayonunda Nabatkənd kəndinin yarısı xəstəlik tapıb".
Bu sözləri Nabatkənd kəndinin sakini Fikrət Həsənov deyib. Onun sözlərinə bir müddətdir ki, kəndə su verilmir:
"Çirkli su istifadə edirik ki, bu da xəstəliyə səbəb olur. Əkin sahələrimiz yararsız vəziyyətə düşüb. Dəfələrlə rayon rəhbərliyinə müraciət etmişik. Hətta bir dəfə aksiya da keçirmişik. Nəticə yoxdur. İcra başçısı da, müavini də kəndə gəlib. Deyirlər ki, düzələcək. Ancaq düzəlmir".
Fikrət Həsənov deyir ki, Saatlının başqa kəndlərində də oxşar problem var. "Kimin imkanı varsa, suyu var. Amma imkanı olmayanlar su üzünə həsrətdir. Bunlar gözləyir ki, payız gəlsin su bol olsun və beləliklə, problem həllini tapsın. Öz əkin sahələrini suvarırlar biz isə qalmışıq pis vəziyyətdə", - deyə şikayətçi bildirib.
Fikrət Həsənov ölkə rəhbərliyinə müraciət edərək problemin diqqətdə saxlanılmasını istəyib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:18-08-2019, 13:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:18-08-2019, 13:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01