“2 il Polad Bülbüloğlu, 7 il isə Əbülfəs Qarayev məni aldatdı, yeni nazirlə görüşmək istəyirəm” - MÜRACİƏT
“Ölkəmizdə animasiya filmləri çox azdır, yox dərəcəsindədir. Mən bu haqda mütəmadi danışıram. Hələ Polad Bülbüloğlu Mədəniyyət Naziri olduğu vaxtda 2 il o mənim başımı aldatdı. Ondan sonra Əbülfəs Qarayev bu məsələyə ciddi yanaşmadı, fikir vermədilər. 7 il də Əbülfəs Qarayev məni aldatdı. Bu sahədə maliyyələşmə yoxdur. Bir çox festivallarda oluram, bütün ölkələrdə animasiya filmlərinin çəkilişi inkişaf edib. Qazaxıstanda 3 yerdə animasiya filmləri mərkəzi var. Sovet dövründə ildə 8 film çəkirdik. Sonra bu sahə iflasa uğradı. Ona görə də 2012-ci ildə ərizəmi yazıb, “Azanfilm”-dən çıxdım. Bizim animasiya filmlərinin çəkilişi sıfır vəziyyətindədir”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış animasiya rejissoru, rəssam Elçin Hami Axundov deyib. O, bildirib ki, yeni Mədəniyyət Naziri Adil Kərimli ilə görüşmək istəyir.
“Mütləq lazımdır ki, cavan aktyorlardan, rəssamlardan bu sahəyə cəlb edəsən. Animasiya kursları açmaq lazımdır. 1-2 il ərzində onlara animasiyanın qanunlarını öyrədək, sonra da tammetrajlı filmlər çəksinlər. Mən çox istərdim ki, regionlarımızda animasiya studiyaları yaradılsın. Mən hələlik varam, ölməmişəm. Bu kursları açıb, animasiyanı inkişaf etdirə bilərəm. Ümid edirəm ki, yeni Mədəniyyət Naziri animasiya filmlərinə ciddi yanaşacaq. Onunla görüşüb, bu sahədə dəstək, qayğı istəmək niyyətim var. Animasiya filmləri ilə biz millətimizin uşaqlarını tərbiyə edirik. Böyüklər üçün filmlər bizə o qədər də vacib deyil, əsas odur ki, uşaqlar üçün filmlər çəkilsin. Onsuz da böyüklər üçün kifayət qədər filmlər çəkilib. İndiki uşaqlar türk filmlərinə baxır, xarici filmlərə baxırlar, o mentallığı qəbul edirlər. Biz onunla da öz mentallığımızı itiririk. Bizim uşaqlara, nə gəldi onu göstərmək olmaz. Mən hesab edirəm ki, telekanallarda psixoloqlar buna nəzarət etməlidir. Yalnız onlar baxandan sonra filmləri efirdə göstərmək olar. İndi kimsə ordan nəsə çəkir, deyir ki, mən animatoram. Animasiya qanunlarnı bilməyənlər, animasiya filmləri çəkə bilməz. 3 D proqramlarında işləyən uşaqlar var, onlar deyir ki, mən animatoram. Animasiya həyəcandır. Dramaturgiya lazımdır. Bunlar ancaq hərəkəti gətirirlər. 1988-ci ildə tələbələrim oldu ki, kursları bitirdilər, burada onlara iş olmadı. Gedib Polşada, Almaniyada, Türkiyədə işlədilər. Elə tələbələrim var ki, “Disney” studiyasında çalışırlar” deyə sənətkar bildirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-05-2023, 16:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər