reklam
Regionxeberlericom.az » Sosial » Səadət Bəktaşi Naxçıvanda ali kürsüdə, Bakı Apellyasiya Məhkəməsi süründürməçilikdə… - NARAZILIQ VAR!

reklam

Səadət Bəktaşi Naxçıvanda ali kürsüdə, Bakı Apellyasiya Məhkəməsi süründürməçilikdə… - NARAZILIQ VAR!


"Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, “DOST” “gülləsi”nin pensiyasının yarısını, daşınar-daşınmaz əmlakının hamısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Xaliq Abbaszadəyə qarşı ədliyyə , icra, məhkəmə, sığorta, sosial təminat məmurlarının dələduzluğu hələ də sürür. Təsəvvür edin, qanuni qüvvəyə minmiş məhkəmə qərarı və təbii ki, uyğun icra sənədi olmadan Ədliyyə Nazirliyinin Suraxanı icra məmuru Vüsal Əliyev məktubla qazini dələduz “Rəvan” sığorta şirkətinə “borclu” edib və saxta borcu müharibə əlilinin daşınar-daşınmaz əmlakına, pensiyasına məktubla (?) yönəldib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilit: "Halbuki, vurğuladığımız kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının, icra sənədinin olmaması bir yana, lap olsa da, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 68.1.2 maddəsi borcun müharibə əlillərininin pensiyasına yönəldilməsini qadağan edir: “TƏLƏB BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ”.

İcra dələduzluğunu bir qırağa qoyaq, bəs pensiya ödəyən sosial müdafiə qurumuna, bəs insan hüquqları üzrə müvəkkilə (ombudsmana) , bəs qanunların icrasına nəzarət edən(mi?) prokurorluğa, ədalətin keşiyində duran(mı?) ədliyyə - hüquq sisteminə, bəs MƏHKƏMƏ HAKİMİYYƏTİNƏ nə gəlib? Bəyəm Azərbaycanda Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik deyil? Bəyəm dövlət hüquq dövləti deyil ? Dövlət Sosial Müdafiə Fondu bəyəm əlilin pensiyasını məktubla hansısa dələduza ödəməklə dövlətin sosial (müdafiə) siyasətini həyata keçirir? Ombudsman əlilləri insan saymır? Prokurorluq qanunun icrasına rüşvətlə nəzarət edir? Məhkəmə ? ...

Məhkəmə açıq-aşkar hüquqa , Konstitusiyaya, qanuna qadağa yolunu tutub. Baxın, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur Tağıyev Qarabağ qazisinin iddiasını iclasın vaxtından bir həftə sonra verdiyi bildirişlə mümkün saymayıb , yuxarı instansiyalar da ədliyyə -icra dələduzluğuna boyun əyib. Nərimanov rayon məhkəməsinin hakimi Vüqar Quliyev qazidən dələduz “Rəvan” sığorta şirkətinə ödənilən 350 manatın geri ödənilməsi haqqında qətnamə çıxarsa da, Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Elşad Şamayev) qətnaməni sığorta – icra rüşvətilə ləğv edib və buna görə ali məhkəməyə təyinat alıb. (?) Bakı İnzibati Məhkəməsinin DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qazinin iddiasını mümkün saymaması haqqında iki qərardadını iki dəfə apellyasiya instansiyası qüvvədə saxlasa da, hər ikisini Ali Məhkəmə ləğv edib. Üçüncü dəfə Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyev Ali Məhkəmənin ləğv etdiyi işinə qanuna zidd olaraq yenidən hakim təyin edilib və nə özünə etiraz edib, nə qazinin etirazına baxıb. Başından yuxarı “hoppanan” hakim Ali Məhkəmənin qərarını ləğv edib (?) . Bakı Apellyasiya Məhkəməsi bu qərarı 03.08.2021 tarixli aktla dəyişməyib.

Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən Səadət Bəktaşi ) 03.08.2021 tarixli qərarı yalnız Səadət Bəktaşi Naxçıvan Ali Məhkəməsinə sədr təyin olunandan sonra -17.03.2023-cü ildə iddiaçı Qarabağ qazisinə rəsmi qaydada verilib. Və qazi alan kimi həm elektron qaydada, həm sifarişli poçtla Bakı Apellyasiya Məhkəməsinə kassasiya şikayəti vermək üçün vəkillə dövlət hesabına təminatı haqqında ərizə verib. 2 ay keçib, hələ də ərizəyə baxılması haqqında ərizəçiyə bilgi verilmir. Yenə də bir həftə sonra – 1 mayda verilən bildirişlə ərizəyə 26.04.2023-cü ildə baxılacağı bildirilib. Amma 20 gündür qəbul edilən qərar qaziyə verilməyib. Yəqin Konstitusiya Məhkəməsinin işə qarışmasını gözləyirlər . Onun da “işə qarışması” işin “hallarına toxunmaq” adı ilə baxmaqdan imtinadan o yana keçmir.

03.08.2021-ci il tarixli qərarın ləğv edilməməsinə heç bir əsas yoxdur. Ən başlıcası, məhkəmənin saxta sübut kimi əsaslandığı QANUNİ QÜVVƏYƏ MİNMİŞ MƏHKƏMƏ QƏRARI və uyğun İCRA SƏNƏDİ YOXDUR! Sonrasını da əvvəldə “İcra haqqında” qanunun 68.1.2 maddəsinə əsasən vurğulamışıq:

“TƏLƏB BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ” ".





Paylaş:


Müəllif : Tarix:
15-05-2023, 16:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər