reklam
Regionxeberlericom.az » Sosial » Ermənilər Azərbaycan əleyhinə aksiya TƏDARÜKÜNDƏ... - ZİBİLƏ DÜŞMÜŞÜK...

reklam

Ermənilər Azərbaycan əleyhinə aksiya TƏDARÜKÜNDƏ... - ZİBİLƏ DÜŞMÜŞÜK...

 

Mayın 20-də revanşist və işğalçı xislətli ermənilər Ermənistanın Laçın rayonu ilə sərhədində yerləşən Gorunzur("Kornidzor") kəndi yaxınlığında Azərbaycan əleyhinə aksiya keçirməyi planlaşdırır.


Regionxeberlericom.az moderator.az-a istinadla xəbər verir ki, bu haqda "Pastinfo" nəşrinə açıqlamasında aksiyanın təşəbbüskarlarından biri, "Könüllülər hərəkatı"nın üzvü, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının səfərbərlik-təşkilat idarəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Artaşes Mxitaryan danışıb.


Erməni polkovnikin sözlərinə görə, aksiyada əsas məqsəd "Ermənistanın Artsaxla bir olduğunu, Artsax uğrunda mübarizənin və Azərbaycana qarşı hadisələrin davam edəcəyini nümayiş etdirməkdir".


Mayın 20-i, saat 12-də keçiriləcək aksiyanın Azərbaycan dövlətinin bu yaxınlarda beynəlxalq qanunlara tam uyğun olaraq öz sərhədində - Gorus-Laçın-Xankəndi yolunun Azərbaycana giriş hissəsində, Həkəri çayı üzərindəki körpüdə qurduğu sərhəd-buraxılış məntəqəsinin yaxınlığında keçirilməsi nəzərdə tutulur. Və hayklar bununla həmin məntəqənin qurulmasına da etirazlarını ifadə etmək istəyirlər.






Paylaş:


Müəllif : Tarix:
17-05-2023, 09:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər