Bakının mərkəzində mənzil qalmaqalı - Təmirə niyə imkan verilmir?
Bakı sakini Aynurə Kumaş paytaxtın Səbail rayonu, Xəqani küçəsində yerləşən mənzilinin təmiri ilə bağlı süni maneələrlə qarşılaşdığını bildirir.
“Qafqazinfo”ya müraciət edən A.Kumaş ərazi üzrə mənzil kommunal qurumlarının ona qarşı qərəzli münasibət göstərdiyini və evində həyata keçirilən təmir işlərinə imkan verilmədiyini iddia edib.
A.Kumaş hətta çıxarışla ona məxsus olan daşınmaz əmlaka buraxılmadığını deyir: “2021-ci ildə yaşamaq üçün Xəqani küçəsi 13, mənzil 7A ünvanındakı mənzili aldım. Ev təmirsiz olduğuna görə 1-2 ay sonra həmin mənzili təmir etdirməyə başladım. Belə ki, mənzilin pilləkən və eyvanı uçmuş və yararsız vəziyyətdə idi. İlk olaraq Səbail RİH-in Təsərüfat şöbəsinin müdiri Fərəməz Rəhmanova rəsmi qaydada müraciət etdik. O, mənzilə baxışda iştirak edib, eyvan və pilləkənin yararsız vəziyyətdə olmasını görüb. Lakin bildirdi ki, mənzil İcra Hakimiyyətinin deyil, Mədəniyyət Nazirliyinin Qoruq İdarəsinin balansındadır və onlara müraciət etməliyik. Həmin qurumdan isə bildirildi ki, binanın pilləkən və eyvanının təmiri ilə bağlı səlahiyyətləri yoxdur və bizi FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yönləndirdilər. Bundan sonra müraciətimiz əsasında FHN-in ekspertləri gəlib baxış keçirdilər, fotolar çəkildi və mənə rəsmi şəkildə pilləkən və eyvanın təmirə ehtiyacının olması barədə sənəd verdilər və təmir işlərinə başladıq, lakin ilk günlərdən ərazi üzrə 151 saylı MKİS-in rəhbərinin göstərişi ilə apardığımız təmir işlərinə müdaxilə edildi. Oranın əməkdaşları və “qoçu” dəstəsi əraziyə gələrək heç bir rəsmi sənəd təqdim etmədən işin dayandırılmasını tələb etdilər. Aldığım bütün sənədlərdə burada tikinti deyil, təmirin aparılması göstərilsə də, 151 saylı MKİS qərəzli şəkildə işimizə müdaxilə etdi və hələ də bu davam edir”.
A.Kumaş iddia edib ki, mənzilində təmir işlərinin aparılmasına həmin binada restoran işlədən A.Əliyeva soyadlı sahibkarın istəyi ilə maneə törədilir. O, həmin restoranın havalandırma sisteminin mənzilin girişi istiqamətində olduğunu deyib: “151 saylı MKİS-in rəhbərliyinin etdikləri barədə polisə müraciət etdik. Bildiyimizə görə MKİS-in FHN-in verdiyi ekspert rəyinə dəyişiklik etməklə bağlı, həmçinin mülkiyyətimə zərər vurmaqla bağlı səlahiyyətləri yoxdur. Belə ki, 24 aprel 2022-ci ildə mənzilə həmin MKİS-in müdiri Vahid adlı şəxs gəldi və ətrafındakılarla birgə polisin gözü qarşısında mənzilimə qəsdən zərər vurdu. Eyvanın təmirində istifadə edilmiş hissələri kəsib atdılar. Yararsız halda olan taxta hissələri həmin ölçü və formada olan və əlavə edilmədən metal instruksiyalarla əvəz etmişdik. Biz həmin vaxt şikayət etmək üçün polis bölməsinə gedərkən mülkiyyətimə ziyan vuraraq oranı dağıtdılar və mənə 1500 manata yaxın maddi ziyan vurdular. Məsələ ilə bağlı Səbail polisində yetərincə araşdırma aparılmadığına görə birbaşa nazirliyə müraciət etdik. Lakin heç bir tədbir görülmədi, əksinə yoldaşıma qarşı təhdidlər oldu, onu intihara cəhd həddinə çatdırdılar. Nəticədə həyat yoldaşım Abdurrahman Kumaş nazirliyin qarşısında özünü yandıraraq həyatına qəsd etməyə çalışdı”.
Şikayətçi əlavə edib ki, sonradan yaşadığı binanın Qoruq İdarəsinin balansında olmasına görə oradakı eyvan və pilləkənlərin Bakı Abadlıq Xidməti tərəfindən təmir edilməli olduğunu öyrəniblər və həmin quruma müraciət ediblər: "Lakin 151 saylı MKİS Bakı Abadlıq Xidmətinə də orada təmir aparmağa imkan vermir. Bir ildən artıqdır ki, təmirə imkan vermirlər. Hətta ötən ilin noyabr ayında təmir üçün həyətə yığılmış materialları da oğurlatdırıblar. Bununla bağlı da polisə müraciət etsək də, görüntülər olsa da, tədbir görülməyib. Hazırkı vaxtda da biz mənzilə daxil olan kimi, abadlığın əməkdaşları orada təmir işlərinə başlayan kimi Rüstəm Kocayevin adamları gələrək qanunsuz müdaxilə edir, heç bir əsas, sənəd olmadan maneəçilik törədərək qanunla təyin edilmiş hüquqlarımızı pozurlar. Adını da qoyurlar ki, guya qanunsuz tikili inşa edilir. Halbuki heç bir tikintidən söhbət getmir, biz mövcud olan mənzilimizi təmir etdirmək istəyirik. Prezidentin fərmanına əsasən yararsız eyvan və pilləkənlər yerli icra hakimiyyətinin hesabına təmir və ya bərpa edilməlidir”.
Aynurə Kumaş bildirib ki, onlar məsələ ilə bağlı Şəhərsalma və Arxitektura Komitəsindən də rəsmi sənəd alıblar: “Bizim topladığımız sənədlər yalnız çoxmərtəbəli binaların tikintisi zamanı yığılır. Halbuki biz sadəcə dövlət tərəfindən təmir edilməli olan eyvan və pilləkənlə bağlı qanuna müvafiq formada təmirin aparılmasını istəyirik”.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Aynurə Kumaşın iddiaları əsassızdır: “Xəqani küçəsi, ev 13 ünvanında yerləşən 7 A saylı mənzildə təmir işləri aparmaq məqsədilə mövcud eyvanın və taxta pilləkənin metal konstruksiya ilə əvəz edilməsinə icazə verilməsi barədə vətəndaş Aynurə Kumaş tərəfindən 2022-ci ildə Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətlərə bir müddət əvvəl tərəfimizdən baxılıb. Sözügedən yaşayış binası Bakı Şəhər İcra Hakimiyyəti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 151 saylı Mənzil-Kommunal İstismar Sahəsinin balansındadır. Yuxarıda göstərilənlər nəzərə alınaraq, daxil olmuş müraciətlər münasibət bildirilməsi məqsədilə 16.03.2022-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 151 saylı Mənzil-Kommunal İstismar Sahəsinə ünvanlanıb. 151 saylı Mənzil-Kommunal İstismar Sahəsinin Rayon İcra Hakimiyyətinə daxil olmuş cavab məktubunda görüləcək işlərin layihəsinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə təqdim edilməsi qeyd edilib. Sözügedən ünvana yerində baxış keçirilən zaman “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı” na daxil edilmiş yaşayış binasında Kumaş tərəfindən mənzildə konstruktiv dəyişikliklər edilərək, əlavə eyvan sahəsinin artılması və həyətin giriş-çıxışında sakinlərə maneçilik yaradan dəmir pilləkən qəfəsinin quraşdırılması cəhdi aşkar edilib. Görülən işlər bina sakinlərinin çoxsaylı şikayətlərinə səbəb olub”.
Səbail RİH-dən həmçinin bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin MİHO/2.1.1-2-2022-1291 saylı, 17.03.2022-ci il tarixli cavab məktubunda qeyd edilir ki, sözügedən mənzilin yerləşdiyi yaşayış binası memarlıq abidəsidir və 3448 inventar nömrəsi ilə Nazirlər Kabinetinin 02.08.2021-ci il tarixli, 132 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib: ““Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən abidələrin təmiri və bərpası onların həcm-planlaşma həllinə, xarici və daxili görünüşünə xələl gətirmədən təmir edib ilkin halına gətirməkdir və abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya, digər işlər və onların layihəsi Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra aparılır. Görüləcək işlərin layihəsinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə təqdim edilməsi vətəndaşa tövsiyə olunub. Məsələ ilə əlaqədar Abdurrahman Kumaş Hüseyn oğlu və Kumaş Aynurə Qardaşbala qızı Rayon İcra Hakimiyyətinin başçısı yanında bir neçə dəfə qəbul edilərək müvafiq izahatlar verilib”.
Bundan başqa təqdim edilmiş rəsmi məlumata əsasən, 2017-ci ildə də vətəndaş Aynurə Kumaş tərəfindən başqa bir ünvanda, Üzeyir Hacıbəyli küçəsi 14 ünvanında yerləşən mənzilində qanunsuz əlavə tikinti işlərinə cəhdlər göstərilib və Rayon İcra Hakimiyyəti, Səbail Rayon Polis İdarəsi və Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən görülmüş tədbirlər nəticəsində tikinti işlərinin qarşısı alınaraq, akt tərtib edilib və bu barədə vətəndaşa çoxsaylı yazılı və şifahi xəbərdarlıqlar olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-05-2023, 12:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər