reklam
Regionxeberlericom.az » Sosial » Sabiq icra başçısı iki şəhid ailəsini himayəyə götürüb

reklam

Sabiq icra başçısı iki şəhid ailəsini himayəyə götürüb


Sabiq icra başçısı iki şəhid ailəsini himayəyə götürüb.

Nərimanov bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, bələdiyyənin vergi xidmətinin əməkdaşları təsdiq edilmiş qrafikə əsasən borclu vergi ödəyiciləri ilə görüşlərə start verib. Görüşlərdə vergi borcunun ödənilməsinin zəruriliyi və bələdiyyənin büdcəsinin məhz yığılan vergilərdən formalaşdırıldığı bildirilir.

İri vergi borcu olanlarla keçirilən ilk görüşlərin birində Salyan RİH-nin sabiq başçısı Tahir Kərimov, habelə sahibkar Faiq Nəcəfovun da iştirak etdiyi bildirilir.

Bununla bağlı açıqlama verən Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib ki, hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan sabiq icra başçısının təsis etdiyi müəssisənin bələdiyyəyə beş min manatdan artıq, yəni bu günədək 5642 manat vergi borcu var. Belə ki, Faiq Nəcəfovun icraçı direktoru olduğu müəssisənin əvvəlki illərdən yığılıb qalmış əsas borc 3556.06 manat, 1169 manat isə fazi borcu var.

Bununla bağlı bələdiyyənin təmsilçiləri müəssisə əməkdaşları ilə görüşdə borcun bağlanması barədə söhbət açılıb, görüşdə tez bir zaman kəsiyində borcun ödəniləcəyi qərara alınıb, habelə görüşdə iştirak edən sabiq icra başçısı iki şəhid ailəsini də himayəyə götürmək istədiyini bildirib. 

Təmraz Tağıyev hər iki şəxsin bu addımını alqışladığını bildirib, hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan sabiq icra başçısının bu addımını digər sahibkarlar tərəfindən də dəstəklənəcəyinə ümid etdiyini qeyd edib.   

Nərimanov bələdiyyəsi borclu vergi ödəyiciləri ilə görüşlərini davam etdirir.




Paylaş:


Müəllif : Tarix:
19-05-2023, 17:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər