reklam
Regionxeberlericom.az » Sosial » Müstəqil Reportyorlar Komitəsinin bəyanatı

reklam

Müstəqil Reportyorlar Komitəsinin bəyanatı

   Müstəqil Reportyorlar Komitəsinin əməkdaşı Sevinc Sadıqova polis zorakılığına məruz qalıb.Həbs edilən jurnalist Demokratik.az saytının rəhbəri Osman Nərimanoğlunun (Rzayev) məhkəməsində iştirak etmək üçün Sevinc Sadıqova Müstəqil Reportyorlar Komitəsi tərəfindən Gəncə şəhərinə səfər edib.Lakin 25.05.2023-cü il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı o, məhkəmə qarşısında jurnalist kimi peşə fəaliyyətini həyata keçirərkən polis əməkdaşı tərəfindən fiziki təsirə məruz qalıb.

   Eyni zamanda, jurnalist Sevinc Sadıqova 26.05.2023-cü il tarixində Göygöl Rayon Mərkəzi Xəstəxanasında peşə fəaliyyətini yerinə yetirərkən xəstəxananın mühafizə xidmətinin polis əməkdaşı tərəfindən fiziki təzyiqə məruz qalıb.Zoraklıq faktı çəkiliş zamanı geniş əks olunub.Müstəqil Reportyorlar Komitəsi olaraq jurnalistlərin peşə fəaliyyətini həyata keçirərkən təqib və təzyiqlərə məruz qalmasını pisləyirik.Jurnalistlərə qarşı təzyiqlər azad mətbuatın boğulmasının göstəricisidir.

Video burada






Paylaş:


Müəllif : Tarix:
26-05-2023, 22:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər