reklam
Regionxeberlericom.az » Sosial » “Xankəndi əməliyyatı”nın son mərhələsinin icrasına başlanacaq - NƏ BAŞ VERİR?

reklam

“Xankəndi əməliyyatı”nın son mərhələsinin icrasına başlanacaq - NƏ BAŞ VERİR?


Azərbaycan Qarabağda separatizmin ləğvi və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə mərkəzi hakimiyyətin bərpası ilə bağlı prosesin son addımlığındadır.

Prezident İlham Əliyevin Laçında öz yurdlarına qayıdan laçınlılara görüşdə dedikləri bu nəticəni çıxarmağa əsas verir. Əliyevin bu müjdəni Laçında verməsi və zamanı da təsadüfi deyil:

- Laçın postunun qurulmasından sonra erməni əhalisinin və bölgədəki separatçıların seçim yolu qalmayıb;

- Laçın coğrafi baxımdan ermənilərin “çıxış yolu” olaraq gördüyü xətdir və bu xətti ləğv edən Azərbaycan dövlət sərhədini məhz bu ərazidə tamamilə bərpa edib;

Əliyev məhz separatizmin nəfəsliyinin – “Laçın dəhlizi”nin tarixin zibilliyinə göndərildiyi o nöqtədən son təklifini elan etdi.

Bu mesaj Azərbaycan liderinin separatçılara sonuncu dəfə aprelin 18-də “ya Azərbaycan Bayrağı altına keçin, ya da rədd olun!” çağırışını yada salır.

Bu çağırışdan 5 gün sonra – 23 apreldə Laçın postunun qurulması, ermənilərin I Qarabağ müharibəsindən sonra separatizmin “həyat xətti” olaraq gördükləri “Laçın dəhlizi”nin ləğv edilməsi göstərdi ki, Əliyevin sözləri ritorika deyil, hər sözünün arxasında konkret plan, bu plana uyğun addım var.

Laçın postunun qurulmasından sonra bəyan etdiyi “son addımlığındayıq” sözləri də o deməkdir ki, rəsmi Bakının Xankəndi də daxil olmaqla, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə mərkəzi hakimiyyətin bərpası ilə bağlı konkret planı var və bu planın icrası Ali Baş Komandanın masası üzərindədir, ya ermənilər reallığı qəbul edəcəklər, ya da planın praktiki olaraq icrası əmri veriləcək.

Bu kontekstdə Prezident İlham Əliyevin erməni əhalisinə və separatçılara ünvanladığı çağırış atılacaq addımlardan öncə son təklif hesab oluna bilər.

Ən mühüm məqamlardan biri Prezidentin erməni əhalisi ilə separatçıları bir-birindən ayırması idi. Bu, rəsmi Bakının erməni əhalisini Azərbaycan vətəndaşı kimi qəbul etməsi, separatçıların isə əhalinin “təmsilçisi” olmadığı mövqeyinin bir daha vurğulanmasıdır. Və Qarabağda mümkün addımların hədəfi erməni əhalisi yox, məhz separatçılardır.

Bu baxımdan, Prezidentin erməni əhalisinə çağırışı “yolunu azmış” və hələ də nələrəsə ümid edən vətəndaşlarına real mənzərənin izahı kimi qəbul edilməlidir.

1. “Miatsum” kitabı bağlandı: danışıqlar masasındakı mövcud vəziyyət və Paşinyanın “Qarabağ Azərbaycandır” bəyanatı ilə ermənilərin “Ermənistana birləşmək” – qondarma “miatsum” yolu ləğv edilib;

2. Separatizmin kitabı bağlandı, müstəqillik xülyası statusun dalınca getdi: bu, erməni əhalisini hələ də “müstəqillik xülyası” ilə aldadan separatçıların neytrallaşdırılacağı mesajıdır;

İlham Əliyev erməni vətəndaşlarına mövcud vəziyyəti və yeganə yolun Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, Azərbaycan Bayrağı altında yaşamaq olduğunu izah edir. Azərbaycan ermənilərin bu addımı atmasını gözləyir, indiyə qədər bunu praktiki addımlarla etməməsi də bundan qaynaqlanır. Prezident bununla həm də “ermənilər bu gözləntini dəyərləndirməsə, addımların atılacağının” da mesajını verir.

Bakı separatçılara niyə amnistiya təklifi edir?

Prezidentin separatçılara ünvanlanan çağırışı bu sualı ön plana çıxardı.

- Saxta “dövlət atributlarını” zibil qutusuna atmalı, qondarma “parlamenti” buraxmalıdırlar;

- Özünü qondarma “prezident” adlandıran ünsür – Araik təslim olmalı, qondarma “nazirlər, “deputatlar” bu “vəzifələrindən” imtina etməlidir;

Prezident İlham Əliyevin şərti bunlardır və bəyan edir ki, yalnız bu halda amnistiyadan söhbət gedə bilər. Azərbaycanın cinayət işi açdığı separatçı rejimin “rəhbərliyi”nə amnistisiya təklifi iki səbəbdən qaynaqlanır:

Birincisi, humanizm yanaşmasıdır, təslim olacaqları halda yeni səhifə açıla və cəzadan xilas ola bilərlər: dünyada mərkəzi hakimiyyətlərin ölkənin suverenliyinə təhdid yaradan separatçı meyllərə qarşı cəza tədbirləri ilə yanaşı, təslim olmaq qapısını da açıq qoyduğuna dair təcrübələr var; 90-cı illərdə Azərbaycanın separatçılığa qarşı mübarizə təcrübəsi də bunun mümkünlüyünü göstərir;

İkincisi, beynəlxalq müstəvidə bununla bağlı rəsmi Bakıdan xahişlər olunur: Prezident “bizə gələn son mesajlar belədir ki, bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır” sözləri bunu deməyə əsas verir; Azərbaycan rəhbərliyi bu xahişləri nəzərə ala bilər, yalnız təslim olacaqları təqdirdə;

Lakin bu, onların son şansıdır. Prezident bəyan etdi ki, Bakıya dəvətlə bağlı iki dəfə təklif olunsa da geri çeviriblər, artıq üçüncüsü olmayacaq.

Beləliklə, rəsmi Bakı ən yüksək səviyyədə erməni əhalisinə və separatçılara ünvanlandığı seçim imkanını daha da konkretləşdirir, “yol xəritəsi” təqdim edir. Və bunun son fürsət olduğunu bəyan edir.

Tələb və təklifin konkretləşdirilməsi eyni zamanda, atılacaq addımları da aktuallaşdırır. Prezidentin iki mesajı da bunu təsdiq edir:

- Üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək;

- İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq;

Artıq separatçıların sonunun çatdığı ortadadır və Əliyev “son çıxış”dan öncə bölgədə yaşamaq, bağışlanmaq üçün “yol xəritəsini” elan etdi. Separatçılar bundan imtina edəcəklərsə, Ali Baş Komandanın masası üzərindəki “Xankəndi əməliyyatı”nın son mərhələsinin icrasına başlanacaq.

Asif Nərimanlı




Paylaş:


Müəllif : Tarix:
29-05-2023, 18:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər