“Sənə pensiya düşmür, texniki xəta nəticəsində SMS səhv gəlib” - DOST-a da güvənmək olmur...
Abşeron rayonu, Xırdalan şəhəri, bina 2 ünvanında yaşayan Salmanov Eyyub Salman oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Dövlət Sosial Müdafiə Fondu ona kəsilən pensiyanı vermir:
“Mən, Salmanov Eyyub Salman oğlu, yazaraq sizdən xahiş edirəm ki, mənim problemimi işıqlandırasınız.
Deməli, 27.04.2023-cü ildə, saat 17:13 radələrində DSMF-dən əl telefonuma SMS gəldi və mənə 1457 manat 44 qəpik pensiya təyin olunduğu bildirildi.
Pensiya kartını almaq üçün DSMF-yə getdim, lakin oradan bildirdilər ki, bizdə kompüterdə bu haqda məlumat yoxdur, 4 sayli DOST mərkəzinə müraciət elə.
4 saylI DOST mərkəzinə getdim, orada da baxıb dedilər ki, bizdə belə bir məlumat yoxdur. Hara getdimsə, dedilər ki, bizdə belə bir məlumat yoxdur. Sonra DOST mərkəzindən zəng vurub bildirdilər ki, “sənə pensiya düşmür, texniki xəta nəticəsində SMS səhv gəlib”.
Amma belə bir səhvin olması mümkün deyil? Sadəcə, DSMF mənim haqqımı mənimsəyir”.
“Sənə pensiya düşmür, texniki xəta nəticəsində SMS səhv gəlib”
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili ilə əlaqə saxlayıb, məlumat verdik. R.Mehdili məsələni araşdırıb bizə məlumat verdi ki, həqiqətən də Salmanov Eyyub Salman oğluna SMS texniki səhv nəticəsində göndərilib. Sonradan həmin şəxsə aşağıdakı SMS də göndərilib: “Eyyub Salman oğlu Salmanov, sizinlə eyni soyad, ad və ata adlı şəxsə göndərilməli olan SMS texniki səhv səbəbindən 27.04.2023-cü il tarixində sizə göndərilib. Xahiş edirik, nəzərə alasınız”.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-05-2023, 09:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər