reklam
Regionxeberlericom.az » Sosial » Bir köşədə xımr-xımır yeyən Qocayevdən xəbər var - İDDİA

reklam

Bir köşədə xımr-xımır yeyən Qocayevdən xəbər var - İDDİA

"Samux rayonunun icra hakimiyyətinin başçısı Alı Qocayev rayonun Seyidlər kəndindəki üzüm emalı zavodunu özəlləşdirib".

Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

O bildirib ki, icra başçısı Seyidlər kənd icra nümayəndəsi Tacəddin Əsgərov Kamil oğlu ilə əlbir olub: "Ötən ilin oktyabrın 25-də 50 manat nizamnamə kapitalı ilə onun adına "SEYİDLƏR ÜZÜM EMALI ZAVODU" MMC-ni qeydiyyatdan keçirib".

"Daha sonra ilkin hərrac təklifi 41 min manat olan zavodu alıblar. Zavodun sahəsi 221 kv. metr, torpaq sahəsi isə 26068 kv metr, yaxud 2.6 hektardır. Tacəddin Əsgərov əvvəllər rayonun Qədilli kənd icra nümayəndəsi olub".

Alı Qocayev 2000-2004-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004-2005-ci illərdə isə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005-2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

2012-ci ildən Samux Rayon İcra Hakimiyyətinin başçısıdır.

Yeni Azərbaycan Partiyasının üzvüdür.




Paylaş:


Müəllif : Tarix:
21-08-2019, 09:39
Sikayət   


loading...
Загрузка...