Fövqəladə Hallar Nazirliyinin araşdırmasına 1 ay bəs etmir? - İLGİNC
Prezident bu ilin fevralında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalayıb.
Fərmanda göstərilib ki, 2019-cu il yanvarın 1-dək tikilən, tam təhvil verilən, istismara qəbul olunmayan və faktiki olaraq insanların yaşadıqları binalara şamil edilir. Ümumilikdə, bu Fərman 400-dək yaşayış kompleksinə şamil olunub, 50 minədək mənzili əhatə edir. Mediada yayılan məlumatlara görə, indiyədək yalnız 500-dən çox vətəndaşa mənzil üzərində tam hüquq verən çıxarışlar təqdim edilib.
Qeyd edək ki, 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) və digər aidiyyəti dövlət qurumları tərəfindən görülən tədbirlər nəticəsində ötən 5 ay ərzində ümumi sahəsi 1 928 897 m2 olan 19551 mənzilli, ümumilikdə 317 girişli 116 binaya (kompleksə) dair müsbət rəy verilib. Həmin binaların 114-ü Bakı şəhəri, 1-i Abşeron rayonu, 1-i isə Gəncə şəhərində yerləşir.
Maraqlıdır, Bakıda 114 binanın içində Səbail rayonunda yerləşən “Jurnalistlər binası” kimi tanınan yaşayış kompleksinin ikinci binası da yer alırmı? Mediada yayılan məlumatlara görə, bu il 22 iyul Milli Mətbuat Günündə həmin bina ilə bağlı çıxarışlar təqdim olunmalıydı. Lakin sonradan bu tarix ertələndi.
Ona görə iyulun 25-də bu binanın həmin 114 binanın siyahısında yer alıb-almadığını öyrənmək üçün “Cümhuriyət” qəzeti adından rəsmi sorğu ilə Fövqaladə Hallar Hazirliyinə (FHN) müraciət etdik. Sorğumuza cavab almaq üçün dəfələrlə FHN-in mətbuat xidməti ilə həm də telefon əlaqəsi saxladıq. Hər dəfə qurumun mətbuat katibi Gülçin Mehdiyeva sorğunun müvafiq şöbədə araşdırıldığını və tez bir zamanda cavablandırılacağını bildirib. Üstündən az qala bir ay vaxt keçməsinə baxmayaraq, hələ də bu "araşdırma" başa çatmayıb. Halbuki qeyd edilən məsələ xüsusi araşdırma tələb etmir. Sadəcə, nazirliyin istismara icazə verilən mənzillərə müsbət rəy verdiyi siyahıya nəzər yetirmək lazımdır.
Fövqaladə Hallar Nazirliyində isə "araşdrıma" hələ də davam edir.
Cebhe.info
Paylaş:
Müəllif : Yazar
Tarix:21-08-2019, 10:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-08-2019, 10:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-12-2024, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
29-12-2024, 12:38