Razi Nurullayevin qəlyan çəkməsi ONA NEÇƏYƏ BAŞA GƏLƏCƏK? - AKTUAL
Milli Məclisin deputatı Razi Nurullayev sosial şəbəkədə paylaşdığı şəkil müzakirələrə səbəb olub.
Regioxeberlericom.az-ın Pravda.az-a istinadən xəbərinə görə, R.Nurullayev qəlyanla şəklinə “Dərd çəkirik, qəm çəkirik, bir az da qəlyan çəkək” qeydini yazıb.
Sosial şəbəkə istifadəçiləri məsələyə müxtəlif cür münasibət bildiriblər. Qeyd olunub ki, deputat 6-7 min manat maaş alırsa, nəyin dərdini çəkir? Diqqət çəkmək üçün belə bir addım atdığı da istisna edilmir.
Digər fikir bildirənlər isə məsələnin qanuni tərəfinə diqqət çəkib. Bildirilib ki, bu, pis örnəkdir, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunun 6-cı (Vicdanlı və mədəni davranış) maddəsinə əsasən, deputat Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışa yol verməməli, deputat adını, şərəf və ləyaqətini uca tutmalıdır.
Bütün növ qəlyanlar tütün məmulatlarına bərabər tutulur və reklamı qadağandır, bununla “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun da tələbləri pozulub.
R.Nurullayevə məsələ ilə bağlı verdiyimiz sorğu cavabsız qalıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-06-2023, 11:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər