Müstəntiqə rüşvət təklif edən şirkət rəhbərinin məhkəməsi: - "Bizim pulla özünə ev alıb"
Vətəndaşlara ipoteka ilə ev almağa kömək edəcəyini vəd edib, daha sonra onları aldatmaqda ittiham edilən şirkət rəhbəri növbəti dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən 1984-cü il təvəllüdlü İsmayılov Aydın Cəlal oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş Fəqan Babayev ifadə verib.
O deyib ki, Aydın İsmayılovun fəaliyyəti haqda sosial şəbəkədən xəbər tutub:
"Mən də digərləri kimi sosial şəbəkədə gördüm. Əsasən ona görə aldadıldım ki, faiz digərlərindən çox az idi. Banklar 30 faiz ilkin ödəniş istəsə də bu 10 faizlə həll edirdi. Mənə MMC-nin sənədlərini göstərdi. Hər işi qaydasında idi. Həm də vəzifəli şəxslərin adını çəkirdi. Bildirdi ki, onların dəstəyi ilə işləyir. Bu da məni inandırdı".
Fəqan Babayev deyib ki, Aydın İsmayılova 6500 manat pul verib: "Pulumun 1 manatı da qaytarılmayıb. Məhkəmənin diqqətinə çatdırım ki, bu adam bizim proseslərdən sonra ev və digər əşyalar alıb. Biz xahiş edirik ki, məhkəmə həmin evə həbs qoysun. Bu istintaq zamanı da sübuta yetirildi. Müstəntiq də bunu təsdiqlədi. Mən kirayədə yaşayan adam idim. Məzuniyyət pulumu, aldığım borcları yığıb buna verdim. İndi də bu cür aldadıldım. Mən mənəvi zərər də görmüşəm. Məhkəmədən xahiş edirəm ki, qısa zamanda bu məsələ həll edilsin, pulumuz geri qaytarılsın".
Məhkəmədə zərərçəkmiş Rəşid Quliyev də ifadə verib. Bildirib ki, oğluna ev almaq istəyərkən Aydın İsmayılovla tanış olub. 10 min manat ilkin ödəniş edən Rəşid Quliyev aldadıldığını deyib.
"Mənə dedi ki, ev talama qədər ilkin ödənişi edim. Məni inandırdı və tələsdirdi. Mənim yoldaşım müəllimədir. Onun məzuniyyət pulunu, yığdıqlarımızı aparıb verdim ona. Sonra da bizi aldatdı. Mülki iddia qədər də mənəvi zərər tələb edirik"- deyə zərərçəkmiş bildirib.
Digər zərərçəkmiş Xanlar Əliyev də 10 manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyini söyləyib:
"Ev almaq üçün verdik. Amma başımıza oyun açdı. İndi tələb edirəm ki, pulu ödəsin. Bizi elə ədəb-ərkanla qarşılayıb, etibarımızı qazandı ki, biz də inandıq".
Məhkəmə araşdırması davam etdirilir.
Aydın İsmayılov ötən məhkəmə iclasında bildirib ki, istintaq dövründə heç bir yerə qaçmayıb:
"Mən korrupsiya idarəsinə görüşə getmişəm. Müstəntiqlə də görüşmüşəm. Videogörüntülərlə tələb edirəm, amma vermirlər. Həmçinin polis müstəntiqi ilə də görüşdüm. Özüm polisə rüşvət təklif elədim ki, pul alıb, bu işi bağlasın. Amma bunu sübut edə bilmirəm. Lakin videogörüntülər var. Mən necə axtarışa verilmişəm, hara qaçmışam?".
Bildirək ki, A.İsmayılov sonuncu dəfə həbs edilənə qədər "SN qrup" MMC-nin direktoru olub.
İttihama görə, Aydın İsmayılov öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə 2018-ci ilin iyul-avqust aylarında feysbuk sosial şəbəkəsində elan verməklə ev və torpaq sahəsi almaq istəyən şəxslərə rəhbəri olduğu MMC tərəfindən güzəştli kredit veriləcəyini bildirib.
Həmin elanla əlaqədar ona müraciət edən ayrı-ayrı şəxsləri cəmiyyətin ofisinə dəvət edərək, onlara şəxsiyyət vəsiqəsi ilə az miqdarda ödəniş qarşılığında sərfəli faizlə ipoteka krediti verəcəyini yalandan bildirib. Bu yolla həmin şəxsləri aldadaraq, bankda yerləşən şəxsi hesabına ümumilikdə 97 min manat məbləğində pulun köçürülməsinə nail olub. Lakin verdiyi vədə əməl etməyib.
Təqsirləndirilən Aydın İsmayılov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) və 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham edilir.
O daha əvvəl də dələduzluğa görə həbs cəzası alıb. 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Aydın İsmayılov vaxtından əvvəl, 2017-ci ildə azadlığa çıxıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-08-2019, 15:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-08-2019, 15:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti