Tovuzun icra başçısı bu işi gizlincə edir... - Daha bir məmur ÖZBAŞINALIĞI
Tovuz şəhərinin mərkəzində, İcra Hakimiyyətinin yaxınlığında çoxillik ağaclara qarşı “yaşıl soyqırım” həyata keçirilib.
Cebhe.info xəbər verir ki, bu barədə əslən Tovuz rayonundan olan jurnalist Elçin Bayramlı məlumat verib:
“Dünən axşam Tovuz şəhərinin mərkəzindən keçərkən qəflətən bir “cinayətin” şahidi oldum. Şəhərin mərkəzi meydanında, İcra Hakimiyyətinin binasının yanında günün günorta çağı sağlam və cavan küknar ağacları kəsilirdi. “Cinayət yerinə” yaxınlaşıb fotoları götürdüyüm vaxt ətrafdakı məsul şəxslər dərhal aradan çıxdı. Ağacları kəsən və zibil maşınına daşıyanlar Kommunal Təsərrüfat İdarəsinin (KTİ) işçiləri olduqlarını bildirdilər. Ətrafdakı şəxslərdən və RİH-i mühafizə edən polis nəfərindən soruşsam da, işin kimin tapşırığı əsasında aparıldığını gizlətdilər. Əvvəllər “Qastronom” olmuş, indi isə "Sultan market" adlanan mağazanın qarşısındakı heç kimə və heç nəyə mane olmayan ağacların kimin tapşırığı ilə və hansı sənəd əsasında kəsildiyini aydınlaşdırmaq mümkün olmadı”.
Jurnalist KTİ ilə əlaqə saxlasa da, məsələ ilə bağlı ətraflı məlumat ala biməyib:
“İdarənin müdiri Xaqani müəllimlə telefon əlaqəsi saxladım. Dedi ki, bizə ancaq zibili daşımaq tapşırılıb, ağacları kimin kəsdirdiyini deyə bilmərəm. Axşama kimi məsələni aydınlaşdıra bilmədim. İş vaxtı qurtardığından icra hakimiyyətində də heç kim yox idi. Sakinlərdən biri ağacların "Sultan market"in qarşısını açmaq üçün kəsildiyini dedi. Onun ehtimalına görə, sahibkar ağacları ona görə kəsdirib ki, market ətrafdan daha yaxşı görünsün”.
Jurnalist bildirb ki, bu gün məsələni aydınlaşdırmağa çalışacaq, aidiyyəti qurumlara müraciət edəcək:
“Ərazi ekologiya və ya yaşllaşdırma idarələrinin bu ağac qətliamından xəbəri olub-olmadığını kəsintiyə icazə verilib-verilmədiyini dəqiqləşdirəcəyəm. Hadisə ilə bağlı rayon polis idarəsinə də məlumat vermişəm. Əgər bu ağacların kəsilməsi üçün müvafiq ekspert komissiyasının aktı və kəsilməsi üçün qanuni icazə sənədi yoxdursa bunu edənlərin cəzalandırılması haqda yuxarı orqanlar qarşısında məsələ qaldıracağam”.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-08-2019, 15:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-08-2019, 15:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti