Bakı Nəqliyyat Agentliyi nə iş görür? - Benzini qurtaran, sərnişinləri yolda düşürən marşrutlar...
Bakı Nəqliyyat Agentliyi (BNA) haqqında bu günə qədər müxtəlif səpkili şikayətlər edilib, narazılıqlar səsləndirilib.
Demək olar ki, hər gün bu qurumun yarıtmaz fəaliyyəti ilə bağlı onlarla fakta rast gəlirik. Ötən gün, daha dəqiq desək avqustun 20-də “Baku Bus” MMC-yə məxsus 175 saylı 99-JH-06 dövlət qeydiyyat nömrəli marşrut avtobusu yanacağı bitdiyi üçün sərnişinləri mənzil başına çatdıra bilmədi. Qeyd edək ki, marşrut metronun “28 May” stansiyasından Hövsan qəsəbəsinə işləyir. Şahidi və iştirakçısı olduğumuz üçün istəmədiyimiz, daha doğrusu planlamadığımız bir reportaj alındı...
Qayıdaq bir qədər əvvələ...
Sözügedən marşrut “28 May”da yerləşən son dayanacağına yaxınlaşdı və sərnişinləri düşürdü. Ardınca marşrutun sürücüsü Rafael Hüseynov yanacağın olmadığını və mənzil başına çata bilməyəcəyini dedi. Məsələni aydınlaşdırmaq üçün “Baku Bus” MMC-nin nümayəndəsi, “qırmızı jilet”li dispetçerə yaxınlaşdım. Despetçer isə marşrutun qaydasında olduğunu, yanacağın son dayanacağa qədər yetəcəyini dedi. Dispetçerlə dialoqumu olduğu kimi təqdim edirəm:
- Marşrut avtobusunun yanacağı niyə bitib?
- Yanacaq var, mənzil başına qədər çatacaq.
- Amma sürücü dedi ki, yanacaq az qalıb və son dayancağa qədər çatmayacaq...
- Sürücü avtobusu qaraja aparmaq üçün yanacağın çatmayacağını deyir, o özünü düşünür.
- Siz özünüzü təqdim edə bilərsiz?
- Xeyr.
- Bu marşruta siz cavabdeh deyilsiz?
- Bəli, mən cavabdehəm, amma adımı deyə bilmərəm, problem varsa, "qaynar xətt"ə, 141-ə zəng edin.
Daha sonra isə əldə etdiyim məlumata görə, dispetçer “Baku Bus” MMC-yə, yəni öz dili ilə desək “idarə”yə zəng edərək, guya məni sürücünün onun üstünə göndərdiyi haqqında şikayət edib və bildirib ki, sürücü izahat yazmaq üçün idarəyə dəvət edilsin.
Nəticədə isə dispetçerin dedikləri hamısı yalan, sürücünün isə dedikləri doğru oldu. “28 May”dan Hövsanadək marşrutun yanacağı bitdi və sərnişinlər Zığ qəsəbəsində düşməyə məcbur oldu. Sərnişinlərdən bəziləri yol maşınları, daha dəqiq desək "1 manatlıq taksilər"lə yollarına davam etdilər. Biz isə gözlədik. Növbəti 175 saylı marşrut 15-20 dəqiqə müddətində gəldi və hər kəs evinə normalda 1 saata çatmalı olduğu halda, 1 saat 40 dəqiqəyə çata bildi. Həm də idarəedici qurumlar daha çox pul qazansın deyə, artırılan qiyməti ödədiyi halda.
Keçək BNA və “Baku Bus” MMC-nin marşrut avtobusunda keçən 40 dəqiqəlik keşməkeşli macərəya...
Yanacaq az olduğu üçün sürücü kondisioneri qoşmadı və istidə onsuz da gərgin olan vəziyyət daha da gərginləşdi. Hər kəs şikayət etməyə başladı. Hətta cavabdeh qurumlar BNA və “Baku Bus” MMC olduğu halda insanlar birbaşa hakimiyyətin digər orqanlarını günahkar çıxardılar və hədəfə aldılar. Bakı Nəqliyyat Agentliyi (BNA) və onun sədri Vüsal Kərimlinin “idarəçiliyi” hər dəfə olduğu kimi bu dəfə də hakimiyyətə qarşı narazılıq yaratdı. Etiraz, şikayət olan zaman hər zaman BNA rəhbərliyi görülən işləri misal gətirərək vəziyyətdən çıxmağa çalışır. Amma ölkənin nəqliyyat sistemindən narazılıq günü-gündən artır və bu da artıq BNA-ya yox, birbaşa hakimiyyətə qarşı yönəlir. BNA rəhbərliyi isə sanki bilərəkdən bu cür idarəçiliyi seçib və bununla da kiməsə təzyiq etmək istəyir və insanlara da zülm edərək bir növ əlini gücləndirir.
Həmin gün yol getdiyimiz marşrut avtobusunda gərginlik o qədər yüksək idi ki, hər kəs etirazını ən yüksək səviyyədə bildirirdi. Sərnişinlərdən biri jurnalist olduğumu gördü və kameraya danışmaq istədiyini bildirdi. Xanım sərnişinin dediklərini olduğu kimi təqdim edirik:
“Şəhərdə yaşayıram, Hövsana arada bir gedirəm. Amma həmişə də sürücülər deyir ki, kondisioner işləmir. Niyə? Bunun səbəbi nədir? Bakı Nəqliyyat Agentliyi, “Baku Bus” MMC hara baxır, niyə tədbir görmür? Hamılıqla müraciət edək, görək niyə işləmir? Arxa oturacaqlar olan yer isti olur. Çünki “motor” işləyir. Orada qəti oturmaq olmur, hava çatışmır. Bu uzaq məsafəni biz necə getməliyik? Kimdi səbəbkarlar, departamentdir, “Baku Busdur”, kimdirsə, baxsın, sözün düzünü deyirik, yalan demirik ki. Nəticə götürsünlər. Hərdən bir olar, bu başqa məsələ, amma hər gün probelmin olması olmaz axı”.
Sözügedən videonu təqdim edirik:
Paylaş:
Müəllif : Yazar
Tarix:21-08-2019, 17:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Bakı Nəqliyyat Agentliyi (BNA) haqqında bu günə qədər müxtəlif səpkili şikayətlər edilib, narazılıqlar səsləndirilib.
Paylaş:
Müəllif :
Yazar
Tarix:21-08-2019, 17:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09