reklam
Regionxeberlericom.az » Sosial » “Dövlətimdən pensiya istəyirəm, düşmürsə, onda məni işlə təmin etsinlər" - MÜRACİƏT

reklam

“Dövlətimdən pensiya istəyirəm, düşmürsə, onda məni işlə təmin etsinlər" - MÜRACİƏT








Mingəçevir şəhər, R.Məmmədov küçəsi, ev 12 b-də yaşayan, DOST MMC-nin işçisi, Mingəçevir Şəhər Yaşıllaşdırma İdarəsində bağban işləyən 03.12.1958-ci il təvəllüdlü Səmədov Mahir Səməd oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:

"Mən, Səmədov Mahir Səməd oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırıb, mənə kömək edəsiniz.

Məlumat üçün bildirim ki, 2022-ci ilin avqust ayında onkoloji xəstəliyə tutulmuşam. 3 orqanım əməliyyatla götürülüb. Buna baxmayaraq, mənə verilmiş xəstəlik sənədi ilə bülleten pulunu ala bilmirəm.

Mənə deyirlər ki, sənə pensiya düşmür. İş yerim də yenidən işə qəbul etmir ki, xəstəsən. Üstəlik, əmək haqqı kartımı bloklayıb, xəstəliyə görə götürdüyüm məzuniyyət pulumu da vermirlər. Müvafiq qurumlara şikayət etməyimə baxmayaraq, şikayətimə baxılmır. Mən dövlətimdən pensiya istəyirəm, düşmürsə, onda məni işlə təmin etsinlər".

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.





Paylaş:


Müəllif : Tarix:
21-06-2023, 08:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər