Gədəbəydəki insidentə bir də BELƏ BAXAQ... - FƏRQLİ RAKURS
Kütləvi mövzulardan "dissident payı" ummaqdan həmişə yayınmışam.
Məni bu cür yerli qarşıdurmalarda maraqlandıran şey səlahiyyət və azərbaycanlı arasında yaranan əlaqə zamanı hər ikisində baş verən metamorfozdur.
Səlahiyyət azərbaycanlının xarakterini dəyişdiyi kimi, azərbaycanlı da səlahiyyətin məzmununu dəyişir.
Ayrı-ayrılıqda hər ikisi qüsursuzdur, elə ki, iç-içə keçirlər ortalığa təpədən-dırnağa qüsurlu bir varlıq çıxır.
Bunun səbəbi nədir? Milli problemin həlli, məncə, bu sualın sosiopsixoloji cavabındadır.
Görünür, səlahiyyət və azərbaycanlı daha çox bir-biriylə təsadüf nəticəsində üz-üzə gəlirlər, yaxud onları üz-üzə gətirən səbəblər qüsurludur ki, ortaya çıxan nəticə də qüsurlu olur. Onların cütləşincə bir-birini dəyişmək istəyi də əvvəlcədən bir-birilərini tanımamaqlarından qaynaqlanır. Səlahiyət azərbaycanlının, azərbaycanlı səlahiyyətin özünə uyğunlaşmasını istəyir. Bu baş vermədikdə yolları ayrılır.
Görücü üsulu evlənənlər bir-birinə sevgi ilə deyil, praktik maraqlarla bağladığı kimi, bir-birini əvvəlcədən tanımayan səlahiyyət və azərbaycanlı da bir-birinə praktik maraqlarla bağlanır. Bu sevgisizlik başqaları ilə ünsiyyətdə də özünü göstərir.
Məlum hadisəyə səlahiyyətli və səlahiyyətsiz azərbaycanlının qarşıdurması kimi baxanda adam əmin ola bilmir ki, orada toplananların yerini dəyişsəydik, cəm fərqli olacaqdı.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-06-2023, 11:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər