Naxçıvan Azərbaycan deyilmi: ŞƏKƏR TOZU 50 FAİZ BAHALAŞDI... - Bakıda da qiymətlər QALXACAQ?
Naxçıvanda yaradılan süni qıtlıqdan sonra şəkər tozunun qiyməti 80 qəpik bahalanıb. Qiymətlər qaldırıldıqdan sonra, anbarların ağzı açılıb, marketlər şəkər tozu ilə təmin olunub. Ancaq, kiçik dükanlar istisna olmaqla. Bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər və dükan sahibləri məlumat verib. Böyük marketlər isə, qiyməti 1 manat 70 qəpikdən 2 manat yarıma qaldırıblar. Yöni, əvvəlkindən yarı qiymət baha.
Naxçıvanda iki həftədən artıqdı ki, şəkər tozu qıtlığı yaranmışdı. Yerli sakinlər “Gündəlik Naxçıvan”a bildirirdi ki, bu məhsul onlara norma ilə satılır.
Şikayətçi sakinlər deyir ki, qıtlığı yaratmaqda məqsəd qiymətləri qaldırmaq olub. Kiçik market sahibləri isə, onlara satmaq üçün şəkər tozu verilməməsindən şikayət edirlər. Kiçik sahibkar Vilayət Qasımov deyir ki, şəkər tozunu onlara satmaqdan imtina edirlər:
“İki həftədən artıqdır ki, anbarlarda gizlədib, süni qıtlıq yaratmışdılar. Monopolistlər qiyməti qaldırıb, üzə çıxardılar. Lakin, özlərinin monopoliyasında olan böyük marketlərə verirlər, bizimki kimi kiçik dükanlara satmırlar. Böyük marketlər də qiyməti 1.7 manatdan 2.5 manata qaldırıblar. Bazarlarda və topdan satışlarda da şəkər tozuna rast gəlmək mümkün deyil. Altdan öz marketlərinə paylayırlar”.
Kiçik şirniyyat sexi olan Şərur rayon sakini V. Quliyev isə bildirib ki, qiymətin bahalanması şirniyyat məhsullaının da qiymətinin qalxmasına səbəb olacaq:
“ Onsuz da qiymətlər baha idi, fürsətçillik edib daha da qaldırdılar. Anbarlarda kifayət qədər şəkər tozu varkən, süni qıtlıq yaratdılar. Bu şirniyyat məhsullarının da qalxmasına səbəb olacaq. Böyük şirniyyat sexləri də özlərinə məxsusdur. Əhalini soymaqla məşğul olurlar. Olan kasıblara oldu. Varlılar onsuz da istədikləri zaman, istədiklərini baha qiymətə ala bilirlər.”
Paylaş:
Müəllif : Yazar
Tarix:21-06-2023, 11:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər