reklam
Regionxeberlericom.az » Sosial » Bank 14-yaşlı uşağa böyük məbləğdə krediti necə verib? - İLGİNC

reklam

Bank 14-yaşlı uşağa böyük məbləğdə krediti necə verib? - İLGİNC

Bir ildən çoxdur ki, Əmanətlərin Sığortalanması Fondu ilə işadamı, «Hafka» kimi tanınan Hafiz Məmmədovun oğlu Məcid arasında məhkəmə çəkişməsi gedir. Bu yaxınlarda Ali Məhkəmə yekun qərarını verərək, məsələni qapadıb.

Məhkəməyə üz tutan tərəf Əmanətlərin Sığortalanması Fondudur. Bu qurum vaxtilə «Bank of Azerbaijan»ın Məcid Məmmədova verdiyi krediti, ona hesablanmış faizi və cəriməni tələb edir.

«Bank of Azerbaijan» ASC-nin lisenziyası 2016-cı ilin yanvarında ləğv edilib. Bankdakı əmanətlərin qaytarılması, vaxtilə verilən kreditlərin alınması kimi məsələlərlə isə bankın ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fondu məşğul olur.

M.Məmmədovun hazırda 22 yaşı var, «Bank of Azerbaijan»dan ona böyük məbləğdə kredit ayrılanda isə cəmi 14 yaşı olub. Öncə 19 mart 2012-ci ildə ona 50 min avro kredit ayrılıb. İllik 24 faizlə verilən bu məbləğ onun kredit kartına köçürülüb. Elə həmin ilin noyabrında kredit xəttinin limiti 20 min avro da artırılıb və 70 min avroya çatdırılıb.

Məhkəmədə iddia qaldıran Əmanətlərin Sığortalanması Fondu ərizəsində göstərib ki, ayrılan kreditin 64995 avrosu indiyədək qaytarılmayıb. Fond M.Məmmədovdan bu əsas borcla yanaşı, 31108 avro faiz, 1364.97 avro cərimə tələb edib. Səbail rayon Məhkəməsi isə əsas borc və cərimə hissəsində iddianı təmin edib, M.Məmmədovdan 66360 avro tutulmasına qərar verib.

Bakı Apellyasiya Məhkəməsi isə bu qətnaməni ləğv edib. Öz qərarında da göstərib ki, bankın yetkinlik yaşına çatmayan şəxslə müqavilə bağlayıb, ona yüksək məbləğdə kredit ayırması qanunaziddir. 14-yaşlı uşaqla müqavilə bağlanan vaxt onun valideynlərinin, yaxud başqa qanuni nümayəndəsinin razılığı olduğunu təsdiqləyən heç bir sənəd-sübut yoxdur. Ona görə də uşaqla bağlanmış müqavilələr etibarsız sayılır.

Əmanətlərin Sığortalanması Fondu bu qərarla razılaşmayıb, Ali Məhkəməyə şikayət verib. Kassasiya şikayətində də göstərib ki, hər bir halda ortada kredit müqaviləsi, orada da M.Məmmədovun adına imza var. Fondun vəkili Azər Məmmədov hesab edir ki, mütləq məhkəmələr ekspertiza təyin edib, o imzanın M.Məmmədova aid olub-olmamasını aydınlaşdırmalıydı: «İmza ona məxsusdursa, valideynlərinin, yaxud qanuni nümayəndələrinin banka vurulmuş ziyan üzrə məsuliyyəti müəyyənləşdirilməliydi. Məhkəmə müqavilənin etibarsızlığı barədə qərar çıxaranda kredit müqaviləsi üzrə əldə edilənlərin geri qaytarılmasını da təmin etməliydi».

Ancaq Ali Məhkəmə də Fondun şikayətini təmin etməyib. Belə nəticəyə gəlib ki, kredit müqavilələri qanunvericiliyin tələblərinə uyğun olmadığından etibarsızdır. Əmanətlərin Sığortalanması Fondunun iddia tələbi də etibarsız sayılan müqavilələrə əsaslandığına görə təmin oluna bilməz.

Mülki Məcəlləsinin 30.1-ci maddəsində yazılıb ki, 14 yaşından 18 yaşına qədər olanlar əqdləri valideynlərinin (qanuni nümayəndələri - övladlığa götürənlər, himayəçi) yazılı razılığı ilə bağlayırlar. Həmin qanunun 345.1-ci maddəsində də bildirilir ki, yetkinlik yaşına çatmayanların valideynləri və başqa qanuni nümayəndələrindən razılıq alınmadan bağladığı əqd etibarsızdır.

«Bank of Azerbaijan» elə Məmmədovlar ailəsinə məxsus idi. Bankın üç fiziki səhmdarından ikisi - Kənan və Sənan Məmmədovlar işadamı Hafiz Məmmədovun övladları, Mübariz Məmmədov isə qardaşıdır. Hüquqi səhmdar isə «NEM Holding»dir.

«Bank of Azerbaijan» ASC-nin lisenziyası Mərkəzi Bankın 18 yanvar 2016-cı il tarixli qərarı ilə ləğv olunub. Qərarda göstərilib ki, bank «məcmu kapitalın minimum məbləği tələbinə əməl etməyib - məcmu kapitalın adekvatlıq əmsalı 3 faizdən az olub, kreditorlar qarşısında öhdəliklər icra olunmayıb, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməyib».Bir ildən çoxdur ki, Əmanətlərin Sığortalanması Fondu ilə işadamı, «Hafka» kimi tanınan Hafiz Məmmədovun oğlu Məcid arasında məhkəmə çəkişməsi gedir. Bu yaxınlarda Ali Məhkəmə yekun qərarını verərək, məsələni qapadıb.

Məhkəməyə üz tutan tərəf Əmanətlərin Sığortalanması Fondudur. Bu qurum vaxtilə «Bank of Azerbaijan»ın Məcid Məmmədova verdiyi krediti, ona hesablanmış faizi və cəriməni tələb edir.

«Bank of Azerbaijan» ASC-nin lisenziyası 2016-cı ilin yanvarında ləğv edilib. Bankdakı əmanətlərin qaytarılması, vaxtilə verilən kreditlərin alınması kimi məsələlərlə isə bankın ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fondu məşğul olur.

M.Məmmədovun hazırda 22 yaşı var, «Bank of Azerbaijan»dan ona böyük məbləğdə kredit ayrılanda isə cəmi 14 yaşı olub. Öncə 19 mart 2012-ci ildə ona 50 min avro kredit ayrılıb. İllik 24 faizlə verilən bu məbləğ onun kredit kartına köçürülüb. Elə həmin ilin noyabrında kredit xəttinin limiti 20 min avro da artırılıb və 70 min avroya çatdırılıb.

Məhkəmədə iddia qaldıran Əmanətlərin Sığortalanması Fondu ərizəsində göstərib ki, ayrılan kreditin 64995 avrosu indiyədək qaytarılmayıb. Fond M.Məmmədovdan bu əsas borcla yanaşı, 31108 avro faiz, 1364.97 avro cərimə tələb edib. Səbail rayon Məhkəməsi isə əsas borc və cərimə hissəsində iddianı təmin edib, M.Məmmədovdan 66360 avro tutulmasına qərar verib.

Bakı Apellyasiya Məhkəməsi isə bu qətnaməni ləğv edib. Öz qərarında da göstərib ki, bankın yetkinlik yaşına çatmayan şəxslə müqavilə bağlayıb, ona yüksək məbləğdə kredit ayırması qanunaziddir. 14-yaşlı uşaqla müqavilə bağlanan vaxt onun valideynlərinin, yaxud başqa qanuni nümayəndəsinin razılığı olduğunu təsdiqləyən heç bir sənəd-sübut yoxdur. Ona görə də uşaqla bağlanmış müqavilələr etibarsız sayılır.

Əmanətlərin Sığortalanması Fondu bu qərarla razılaşmayıb, Ali Məhkəməyə şikayət verib. Kassasiya şikayətində də göstərib ki, hər bir halda ortada kredit müqaviləsi, orada da M.Məmmədovun adına imza var. Fondun vəkili Azər Məmmədov hesab edir ki, mütləq məhkəmələr ekspertiza təyin edib, o imzanın M.Məmmədova aid olub-olmamasını aydınlaşdırmalıydı: «İmza ona məxsusdursa, valideynlərinin, yaxud qanuni nümayəndələrinin banka vurulmuş ziyan üzrə məsuliyyəti müəyyənləşdirilməliydi. Məhkəmə müqavilənin etibarsızlığı barədə qərar çıxaranda kredit müqaviləsi üzrə əldə edilənlərin geri qaytarılmasını da təmin etməliydi».

Ancaq Ali Məhkəmə də Fondun şikayətini təmin etməyib. Belə nəticəyə gəlib ki, kredit müqavilələri qanunvericiliyin tələblərinə uyğun olmadığından etibarsızdır. Əmanətlərin Sığortalanması Fondunun iddia tələbi də etibarsız sayılan müqavilələrə əsaslandığına görə təmin oluna bilməz.

Mülki Məcəlləsinin 30.1-ci maddəsində yazılıb ki, 14 yaşından 18 yaşına qədər olanlar əqdləri valideynlərinin (qanuni nümayəndələri - övladlığa götürənlər, himayəçi) yazılı razılığı ilə bağlayırlar. Həmin qanunun 345.1-ci maddəsində də bildirilir ki, yetkinlik yaşına çatmayanların valideynləri və başqa qanuni nümayəndələrindən razılıq alınmadan bağladığı əqd etibarsızdır.

«Bank of Azerbaijan» elə Məmmədovlar ailəsinə məxsus idi. Bankın üç fiziki səhmdarından ikisi - Kənan və Sənan Məmmədovlar işadamı Hafiz Məmmədovun övladları, Mübariz Məmmədov isə qardaşıdır. Hüquqi səhmdar isə «NEM Holding»dir.

«Bank of Azerbaijan» ASC-nin lisenziyası Mərkəzi Bankın 18 yanvar 2016-cı il tarixli qərarı ilə ləğv olunub. Qərarda göstərilib ki, bank «məcmu kapitalın minimum məbləği tələbinə əməl etməyib - məcmu kapitalın adekvatlıq əmsalı 3 faizdən az olub, kreditorlar qarşısında öhdəliklər icra olunmayıb, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməyib».


Paylaş:


Müəllif : Tarix:
22-08-2019, 12:52
Sikayət   


loading...
Загрузка...