reklam
Regionxeberlericom.az » Sosial » DOST yana KORRUPSİYA... - İTTİHAM VAR!

reklam

DOST yana KORRUPSİYA... - İTTİHAM VAR!


Ucar rayon, "DOST" İş mərkəzinin işçiləri Cəfərova Kəmalə Qədir qızı, Hacıyeva Zərinə Eyvaz qızı, Əhmədova Sevinc İsmayıl qızı, Əlizadə Elnarə Məhərrəm qızı, Qurbanova Mətanət Şahin qızı və Cəfərov Həsən Cəmşid oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, "DOST" iş mərkəzi onların haqqını vermir:

“Məlumat üçün bildirək ki, biz 2019-cu ildən “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında (“Komxoz”da) işə qəbul olunmuşuq. Hər gün bizə verilən tapşırıq əsasında küçələri süpürüb, təmizləmişik. Hətta aylıq pul verib işə gəlməyənlərin yerinə də küçələri bizə süpürtdürüblər. Bu dediklərimizi süpürdüyümüz küçələrdəki obyektlərin müşahidə kameralarını açıb baxmaqla görmək olar.

2022 və 2023-cü ildə 3 dəfə “DOST” İş Mərkəzi tərəfindən Ucarda video çəklişlə yoxlama keçirilib. Həmin gün biz artıq verilən tapşırığı yerinə yetirib evimizə getmişdik. Təmizlik işləri səhər saat 6-00 radələrindən təxminən saat 11-00 radələrinə kimi davam edir və həmin müddətdə bizə verilən tapşırıları yerinə yetirib, evimizə gedirik.

DOST İş Mərkəzindən yoxlama saat 12-00 da gəlib, monitorinq aparılıb. Həmin vaxt "Komxoz"un rəhbərliyi aylıq pul verib işə gəlməyənlərə tez zəng etdirib çağırıblar işə. Bizə isə xəbər verilməyib. Yoxlama zaman aylıq haqq verənlərin 80 % işə gəlmədiyi halda, həmin vaxt onlar işdə olublar. Ancaq yoxlamaya pul və siyahı verilib deyə onlara gözün üstə qaşın var deyən olmadı. Biz isə gündəlik işə çıxıb, aylıq haqq vermədiyimiz üçün hədəfə tuş gəldik. Bizim əmək müqaviləmizə qanunsuz xitam verildi.

Tələbimiz odur ki, 3 dəfə aparılan yoxlama zamanı çəkilən videoya bizim iştirakımızla baxış keçirilsin. Həmin videoda aylıq haqq verib işə gəlməyənlərin çoxu yoxdur. Belə olan təqdirdə gələn yoxlamanın korrupsiyaya qurşanması subut olunacaq.

Bizim hər birimizin evində azyaşlı uşaqlarımız və xəstələrimiz var, heç bir yerdən gəlirimiz yoxdur.

“DOST” İş Mərkəzi Ucarda "Komxozun" rəhbərliyi ilə əlbir olub, korrupsiya şəbəkəsi yaradıb. Həmin yoxlamalar zaman aparılmış video çəklişə baxılarsa, bu, tam subut olunacaq.

Prezident cənab İlham Əliyev “DOST” İş Mərkəzini yaratdı ki, kasıb ailələr işlə təmin olunub, ailələrini dolandırsın. Ancaq Ucarda “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə "Komxoza" əksəriyyəti imkanı olan adamlar götürüldü. Buna isə icra başçısı Mənsur Məmmədov şəxsən şəraiti yaratdı. İcra başçısı Asəm Kərimov kimi yaramaz;  "Komxoza" müdir vəzifəsinə təyin etdi və sonda da guya etdiyi səhvi düzəldirmiş kimi onu öz ərizəsi ilə işdən çıxardı.

İndi biz bir qrup korrupsionerin qanunsuz əməllərinə görə işimizdən olmuşuq.

Xahiş və tələbimiz “DOST” İş Mərkəzinin apardığı yoxlama zamanı çəkilmiş videoya bizim iştirakımızla baxılsın, korrupsiyaya qurşanmış şəxslərin barəsində ciddi tədbirlər görülsün, qanunsuz çıxarıldığımız üçün bizi yenidən işimizə bərpa etsinlər”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.




Paylaş:


Müəllif : Tarix:
29-06-2023, 17:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər