reklam
Regionxeberlericom.az » Sosial » Serebral iflicdən əziyyət çəkən Muradın anası: - “Yoldaşım bizi atıb gedib, satmağa da heç nəyim qalmayıb”

reklam

Serebral iflicdən əziyyət çəkən Muradın anası: - “Yoldaşım bizi atıb gedib, satmağa da heç nəyim qalmayıb”
















16 yaşlı Muradın sizin dəstəyinizə ehtiyacı var.

RegionXəbərləricom.az bildirir ki, bu barədə Oxu.Az-a onun anası Kəmalə Bayiyeva məlumat verib.

O bildirib ki, övladı doğulan gündən serebral iflicdən əziyyət çəkir.

“Mən orta məktəblərin birində xadimə kimi çalışıram. Murada evdə nənəsi baxır. Bir neçə ay əvvəl evdə yıxılaraq ayağını qırıb. Hazırda ayağında mil var. Günü-gündən görməsi də zəifləyir. Bir neçə gün əvvəl göz həkiminə getdik, təcili müalicələrə başlamağımızı dedi”.

Kəmalə Bayiyeva bildirib ki, Muradın müalicəsi üçün 400 manata ehtiyacları var.

“Mənim Muraddan başqa iki qızım da var. Yeddi il əvvəl yoldaşımla ayrılmışıq. Həmin gündən bəri bir dəfə də olsun övladlarını axtarıb, dəstək olmayıb. Mənim aldığım xadimə maaşı və Muradın pensiyası ilə güclə dolanırıq. Bu günə qədər əlimdən gələn qədər bütün müalicələrini etmişəm, amma artıq tamamilə tükənmişəm. Nə satmağa qızılım, nə də başqa dəyərli əşyam qalıb. Murad təzə yıxılanda sizin saytın oxucuları bizə kömək oldu, onun müalicələrini edə bildik. Oxuculardan bizi yarıyolda qoymamağı xahiş edirəm”.

 Ailə ilə əlaqə: (055) 392-04-28





Paylaş:


Müəllif : Tarix:
30-06-2023, 11:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər