reklam
Regionxeberlericom.az » Sosial » Bir günə artan qiymətlər, yoxsa makler fırıldağı? - Ekspert həyət evləri ilə bağlı yayılan məlumatları İFŞA ETDİ

reklam

Bir günə artan qiymətlər, yoxsa makler fırıldağı? - Ekspert həyət evləri ilə bağlı yayılan məlumatları İFŞA ETDİ

Dünənki yeraltı təkanlardan sonra yenə həyət evlərinə tələbat artıb və hətta qiymətlərin bir günün içində yüksəldiyi iddia edilir. Bu tip məlumatlar sosial şəbəkələrdə geniş müzakirə mövzusudur. Lakin ekspertlər bir günün içində belə kəskin qiymət artımının olacağını inkar edirlər. Bəs görəsən, saxta informasiyanı kimlər və hansı səbəbdən yayır?

Məlumata görə, mövzunu KONKRET.az-a şərh edən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hər il ənənəvi olaraq may-avqust aylarında fərdi həyət evlərinə və torpaq sahələrinə tələbat artır:

“Tələbatın yüksək olması qiymət artımı ilə müşahidə edilir. Bu proses uzun illərdir davam edir. Lakin sentyabr ayından başlayaraq növbəti ilin may ayına qədər fərdi həyət evlərinin artan qiymətlərində enmələr müşahidə olunur. Qiymətlərin kəskin şəkildə artması üçün hansısa forsmajor hadisə baş verməlidir. Hansı ki, 2020-ci ildə pandemiya səbəbindən sərhədlərin bağlanması və qadağaların tətbiq olunması imkanlı şəxslərin kütləvi surətdə fərdi həyət evlərinə köçməsi ilə nəticələndi. Odur ki, həmin vaxt həyət evlərinin qiymətində kəskin artım müşahidə olundu. Lakin dünən baş verən zəlzələ səbəbindən qiymətlərin artacağı ilə bağlı yayılan xəbərlər tamamilə yanlışdır. Qiymətlər onsuzda ötən aydan başlayaraq tələbat səsbəbindən yüksəlib. Əmlak bazarında hər hansısa bir daşınmaz əmlakın qiymətinin artması normalda qısa müddət ərzində baş vermir. Əgər zəlzələnin dalğası çox böyük olsaydı və ya çoxmərtəbəli binalarda dağıntılar baş versəydi, o zaman fərdi həyət evlərinə tələbat kəskin şəkildə arta və qiymətlər həddən artıq yüksələ bilərdi”.

Ekspertin sözlərinə görə, qiymət artımı ilə bağlı yayılan məlumatlar daha çox fərdi həyət evləri tikilən ərazilərdə çalşan maklerlərin işidir:

“Onlar bu cür məslələri qaldırırlar və insanları daha çox cəlb edərək əlavə qazanc götürmək istəyirlər. Əslində dünən baş verən zəlzələnin ardından səhər tezdən qiymətin artması fikiri absurddur. Dünyanın heç bir yerində bu cür hadisələr baş vermir. Zəlzələyə görə, kəskin qiymət artımının olması yanlışdır. Zəlzələ əsasən Xəzərin şimal hissəsində baş verib və daha çox Azərbaycanın şimal rayonlarında hiss edilib. Ən çox hiss edilən Xaçmaz rayonunda belə hansısa dağıntı baş verməyibsə, deməli yeraltı təkanlar elə də böyük təsirə malik deyil. Təbii ki, paytaxt ərazisindəki çoxmərtəbəli binaların sonuncu mərtəbələrində yeraltı təkanlar daha çox hiss edilib. Bu cür zəlzələlərdən sonra çoxmərtəbəli binalara tələbat azalır. İnsanlar müəyyən zaman gözləmə mövqeyi seçirlər. Amma bu səbəbdən həyət evlərinin qiymətlərinin kəskin şəkildə yüksəlməsi tam yanlış bir məlumatdır.”.




Paylaş:


Müəllif : Tarix:
4-07-2023, 18:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər