Məktəblərə direktor tapılmır - Problemi nazirlik yaradır?
“Hazırda Azərbaycanda 400-dən çox məktəbdə direktor vəzifəsi boşdur”.
Bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
O bildirib ki, vakant yerlərin yaranması əsasən həmin məktəblərdə direktorların yaş həddinə çatması ilə bağlıdır:
“Daha bir səbəb isə nazirlik tərəfindən mütəmadi şəkildə keçirilən monitorinqlər zamanı yol verdikləri nöqsanlara görə bəzi direktorların əmək müqavilələrinə xitam verilməsidir. Şagird sayı 150-yə qədər olan məktəblər üzrə müsahibələr keçirilib. Bəziləri artıq əmək fəaliyyətinə başlayıb, bəziləri həmin yeri istəməyib, ehtiyat kadr siyahısındadılar”.
Eşqi Bağırov deyib ki, Bakı şəhəri üzrə 20-dən çox məktəbdə direktor vəzifəsi üzrə vakant yer var:
“Yay aylarında da çalışmanın son yaş həddinə çatan direktorlar olacaq. Əlavə vakant yerlərin də çıxarılması nəzərdə tutulub”.
Qeyd edək ki, bu gün bəzi məktəblərdə, xüsusilə də bölgələrdəki məktəblərdə, direktor vəzifəsi boşdur. Bunun isə əsas səbəbi kimi maaşın azlığı göstərilir. Yəni müəllimlər məktəb fəaliyyətindən əlavə repetitorluqla məşğul olsa da, direktorların bu istiqamətdə imkanları məhduddur.
Mövcud direktor vəzifəsinə boş yerlərlə bağlı problemləri necə həll etmək olar?
Məlumata görə, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, orta ümumtəhsil məktəblərində direktor vəzifəsinə hər il 400-500 vakansiya olur və direktorların işə qəbul müsabiqəsində bu yerlər dolur:
“Növbəti il üçün işdən çıxardılanlar, dünyasını dəyişən, ərizəsini yazıb işdən çıxanlar, yaş həddinə çatanlar olur və bu tam normaldır. Direktorların aylıq vəzifə maaşı 879 manatdır. Eləcə də Nazirlər Kabinetinin 30 avqust 2022-ci il 231 saylı qərarına görə, şagird sayı 500-dən çox olan məktəb direktorlarının əməkhaqqına əlavələr olunur. Hazırda sertifikasiya prosesi gedir və bu proses başa çatdıqdan sonra məktəb rəhbərlərinin də sertifikasiyası gözlənilir.
Orada da diferensiallaşmış əməkhaqqı sisteminə keçid gözlənilir. Hazırda yalnız şagird sayı 500-dən aşağı olan müəktəblərdə əməkhaqqı standart olaraq Nazirlər Kabinetinin 11 iyun 2016-cı il tarixli 270 nömrəli qərarı ilə tənzimlənir və 879 manat əməkhaqqı verilir.
Ümumiyyətlə, bu proses davam edir və yaxın gələcəkdə məktəb direktorlarının, eləcə də müəllimlərin əməkhaqqının ödənilməsində diferensiallaşdırılmış maaş sistemi, yəni nəticələrə görə əməkhaqqı müəyyən olunması prosesi daha da təkmilləşəcək. Ölkədə mövcud məktəb sayını götürsək, 400 yer onun 10 faizə yaxını deməkdir və normaldır”.
Təhsil üzrə ekspert Kamran Əsədov isə deyir ki, hazırda ölkədə 4432 orta ümumtəhsil məktəbi var və 2013-cü ildən etibarən direktor vəzifəsinə qəbul tamamilə yeni proseslə həyata keçirilir:
“Əsasən prosesin ən şəffaf dövrü 2013-2020-ci illəri əhatə edir. Ancaq son 3 il ərzində direktor vəzifəsinin boş qalmasının əsas səbəblərindən biri, müsabiqənin test mərhələsindən sonra müsahibə mərhələsində qeyri-obyektivliyin olması ilə bilavasitə bağlıdır.
Bir çox hallarda regional təhsil idarələri öz maraqlarına xidmət edən, özlərinin istədikləri şəxsləri direktor təyin edirlər. Təəssüf ki, biz hazırda prosesin şəffaflığından danışa bilmirik. Yəni bir çox regional idarələr Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla bəzi direktorları təyin edirlər.
Görürük ki, bir çox hallarda regional idarələr kimlərinsə direktor olmasına mane olurlar. Baxmayaraq ki, həmin şəxslər test mərhələsindən yüksək nəticələrlə keçiblər, ancaq ETN öz marağına uyğun olaraq bir çox hallarda təyinatları həyata keçirir. İnsanların təyinatlarına bəzən mane olurlar.
Regional idarələr ona görə mane olurlar ki, özlərinin maddi maraqları var, bəzən yüksək bal toplamış şəxslərin onların maraqlarına uyğun gəlmədiyinə görə, mənfi rəy verirlər. Hətta onların haqqında yalnış fikirlər formalaşdırırlar.
Beləliklə, ETN son 3 il ərzində təhsil sistemində çalışmaq istəyən insanlar haqqında yalnış fikirlər formalaşdırır. Bunlar ciddi problemdir. Çünki 400-dən çox məktəbin kollektivinin vahid formada idarə olunmaması, sənədləşməsi prosesi, şagirdlərin yerdəyişməsi kimi məsələlər ciddi problemlər olaraq ortaya qoyulub”.
Ekspert deyir ki, artıq qanunvericiliyə edilmiş dəyişikliyə əsasən direktorların vəzifə maaşı kifayət qədər yaxşıdır:
“Hətta şagird sayına görə yaxşı maaş ala bilirlər. Bu gün vəzifə maaşı 250 manatdan artıq olan direktorlar var. Yəni direktorların vəzifə maaşı digər dövlət qurumları ilə müqayisədə çox yaxşıdır.
Hətta bir sıra məktəb direktorlarının əməkhaqqı ölkədə nazirlərin, millət vəkillərinin maaşından çoxdur. Hazırda ölkədə kifayət qədər direktor var ki, onların maaşı nazirdən, deputatdan da çoxdur.
Söhbət onların vəzifə maaşından gedir. Təbii ki, bir çox direktorların qeyri-qanunu gəlirləri də var. Şagirdlər məktəbə gəlmədiyi üçün pul alırlar. Yaxud da digər yollarla pul qazana bilirlər. Ancaq direktor olmaq üçün hazırda müvafiq qurum ciddi şəkildə süni maneələr, süni əngəllər yaradırlar.
Bu da təbii ki, potensiallı şəxslərin təhsil idarə edilməsinə gəlməsinə öz mənfi təsirini göstərir. Bir çox hallarda ETN öz maddi maraqlarına görə direktor təyinatlarını həyata keçirir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-07-2023, 17:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər