“Xəstəxananın pulunu tam ödəmədiyimiz üçün bizi buraxmırlar” - FOTO
19 yaşlı Ayselin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Səbinə Məmmədova məlumat verib.
O bildirib ki, Aysel artıq 4 gündür əməliyyat olunub.
“Ayselin 5 yaşı olanda qulağından çirk gəlməyə başladı, buna görə də əməliyyat olundu. Daha sonra vəziyyəti get-gedə pisləşməyə başladı. 2021-ci ilə qədər 4 dəfə beyin əməliyyatı keçirdi. Qulağının arxasında sümük olmadığı üçün ora implant taxılmışdı. Amma implant həm qırılıb, həm də şişdiyi üçün o yenidən əməliyyat edildi. Əməliyyat zamanı implantın tam götürüləcəyi deyilsə də, həkimlər bunu Ayselin sağlamlığı üçün təhlükəli olduğu üçün götürməyiblər. İmplantın hələ ki yalnız qırılan hissələri götürülüb”.
Səbinə Məmmədova Türkiyədəki əməliyyatın pulunu tam ödəyə bilmədikləri üçün xəstəxanadan buraxılmadıqlarını deyir:
“Əməliyyat üçün lazım olan 8 500 manatın 4 000 manatını sizin saytın oxucularının dəstəyi ilə yığmışdıq. Elə o məbləği də ödəmişik. Amma 4 500 manatı ödəməyə imkanımız çatmır. İnanın heç bilet alıb Bakıya qayıtmağa belə pulum yoxdur. Bir ana kimi sizin oxuculardan yenidən xahiş edirəm, övladımı bu yolda tək buraxmayın”.
Ailə ilə əlaqə: (051) 700-07-92 (“WhatsApp”).
Paylaş:
Müəllif : Fuad
Tarix:12-07-2023, 11:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər