reklam
Regionxeberlericom.az » Sosial » İnam Kərimov üçün EV TAPŞIRIĞI... - Tanınmış vəkil HƏRƏKƏTƏ KEÇDİ

reklam

İnam Kərimov üçün EV TAPŞIRIĞI... - Tanınmış vəkil HƏRƏKƏTƏ KEÇDİ

Keçən günlərdə tanınmış hüquqşünas Əkrəm Həsənovun Binəqədi rayon məhkəməsinin mülki işlər üzrə zallarında iclasların videoyazısı aparıldığı halda cinayət işləri üzrə zallarında isə qanuna zidd olaraq heç audioyazı da aparılmadığını qeyd etdiyi xəbəri dia.az olaraq diqqətinizə çatdırmışdıq.

Hüquüşünas qeyd edirdi ki, 1 ilə yaxındır bunu texniki problem olaraq izah edirlər: "Necəsə olub ki, texniki problem məhz cinayət işlərinin aparıldığı zallarda yaranıb. Texnika da yəqin bilir ki, ən böyük haqsızlıq və korrupsiya məhz cinayət işlərində olur, ona görə də onları yazmaqdan utanır…"



Əkrəm Həsənov təkcə mövqe açıqlaması ilə kifayətlənməyərək sözügedən qanun pozunutusuna qarşı qanuni mübariəzəyə də başlayıb. Bu barədə hüquqşünasın özü açıqlama ilə çıxış edib:

"Binəqədi rayon məhkəməsində cinayət işləri üzrə iclasların audioyazısının aparılmaması ilə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət etdim. Görək, bəlkə heç olmasa bu məsələdə məhkəmə-hüquq islahatları getdiyi təsdiqlənər..."

DİA.AZ olaraq qeyd edirik ki, Əkrəm Həsənovun bu çabası eyni zamanda Məhkəmə-Hüquq Şurasın sədri İnam Kərimov üçün də xüsusi əhəmiyyət daşıyır... Bir növ ev tapşırığı olaraq...

Məsələ diqqətimizdədir...




Paylaş:


Müəllif : Tarix:
18-07-2023, 09:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər