reklam
Regionxeberlericom.az » Sosial » 7 prokuror işdən, 1-i isə orqandan xaric edilib - Azərbaycanda

reklam

7 prokuror işdən, 1-i isə orqandan xaric edilib - Azərbaycanda


Azərbaycanda cəzalandırılan prokurorluq əməkdaşlarının sayı açıqlanıb. 

Geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.

Qeyd edilib ki, 2023-cü ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmişdir ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilmiş, 7 nəfər vəzifədən azad edilmiş, 17 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb. 

Vurğulanıb ki, intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 14-ü Baş Prokurorluğun İntizam Komissiyasında, 6-ı isə Etik Davranış Komissiyasında baxılmışdır.

Əlavə olaraq bildirilib ki, 2023-cü ilin birinci yarımili ərzində 222 prokurorluq işçisi həvəsləndirilmiş, 6 prokurorluq işçisinə isə vaxtında əvvəl rütbə verilmişdir.




Paylaş:


Müəllif : Tarix:
25-07-2023, 13:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər