Şəhid ailəsinin haqqına girən Qəbələ RİH-in UTANMAZ YALANI - Başçı Şəhid ailəsi ilə ÜZ-ÜZƏ...
Keçən günlərdə FHN şefi Kəmaləddin Heydərova sığınan Qəbələnin icra başçısı Səbuhi Abdullayevin Şəhid ailəsinin haqqına girməsi ilə bağlı giley dolu yazını təqdim etmişdik.
Şəhid ailəsi başçıdan HAQQINI TƏLƏB EDİR... - FHN şefinə güvənən başçı...
Yazıdan aydın olurdu ki, hazırda Mingəçevirdə yaşayan Şəhid ailəsi Qəbələdə onlara dövlət tərəfindən ayrılmış torpaq sahəsinin zəbt olunmasını bu günlərdə biliblər. Bu işin altında isə icra başçısı Səbuhi Abdullayevin imzası var.
Redaksiyamıza şikayət edən şəhid ailəsi Gülmayə Mövsümovanın üzləşdiyi problemlə bağlı ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşır.
Amma qeyd edək ki, bizim ilkin olaraq təqdim etdiyimiz materiala (halbuki həmin materialda məsələyə üzdən toxunmuşduq və çalışdığımız o idi ki, icra hakimiyyətinin hansısa aqressiyası olmadan Şəhid ailəsinin problemi həll olunsun - dia.az) Qəbələ rayon icra hakimiyyəti tərəfindən olduqca maraqlı reaksiya verildi.
Adətən mətbuatdan qaçan Səbuhi Abdullayevin kantoru adından DİA.AZ-a ünvanlanan açıqlamada bir cümlə qeyd olunurdu: "Məlumat üçün bildiririk ki, qeyd etdiyiniz məsələlər həqiqətə uyğun olmayaraq, qərəzli şəkildə yazılmışdır".
Bəli diqqət etdinizsə, heç bir normal izahatı olmayan (ola da bilməz) Qəbələ RİH-in mübarək çalışanları hətta OĞRU ELƏ BAĞIRDI Kİ, DOĞRUNUN BAĞRI YARILDI prinsipindən çıxış edərək, bizi QƏRƏZLİ olmaqda da ittiham edib. Halbuki biz dəfələrlə məsələ ilə bağlı Qəbələ RİH-in açıqda olan telefonlarını yığsaq da, kimsə ya telefonu qladırmayıb, ya da az qala səsimizi eşitdikdə dəstəyi yerə asıb.
Digər tərəfdən, ONLAYN MEDİA əsridir... istənilən halda istənilən xəbərə operativ müdaxilə imkanı var. Əgər Şəhid ailəsinin iddiası ilə yazı hazırlayan bizlər qərəzli idiksə Qəbələ RİH bu olaya dərhal reaksiya verib, aydınlıq gətirə bilərdi.
Amma hzırki cavablarını bizlər CƏFƏNGİYYAT VƏ QURU SÖZ olaraq qəbul edirik. Şünki Şəhid ailəsi bizə dərdini təkcə sözlə yox, həm də sənəd-sübutla anladıb...
Və həmin sənədlərin bəzilərini təqdim edirik:
Paylaş:
Müəllif : Yazar
Tarix:27-07-2023, 09:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər