reklam
Regionxeberlericom.az » Sosial » "Qardaşım intihar etməyib" - Taleh Qaraşov DANIŞDI

reklam

"Qardaşım intihar etməyib" - Taleh Qaraşov DANIŞDI


Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Kürdəmir rayonunun Pirəköcə kəndində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı, 48 yaşlı Azər Qaraşov odlu silahdan atəş açaraq intihar edib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Manset.az-a açıqlamasında qardaşının intihar etmədiyini bildiyib: 

“Qardaşımın heç bir problemi yox idi. Bu hadisə sırf ehtiyatsızlıq səbəbindən baş verib. Onun nə problemi ola bilərdi? Kürdəmirdə evdə silah təmizləyəndə ehtiyatsızlıqdan atəş açılıb. Yazırlar ki, kalaşnikovla özünü güllələyib, belə şey yoxdur. Əlində ov tüfəngi olub, məsələ araşdırılır”.

Qeyd edək ki, A.Qaraşov Kürdəmirdə müxtəlif vəzifələrdə, son olaraq isə Kürdəmir Rayon Mədəniyyət İdarəsində çalışıb. Baş Prokurorluq intihar hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə işin başlandığını açıqlayıb.




Paylaş:


Müəllif : Tarix:
27-07-2023, 14:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər