Ali Məhkəmə Cəlilabadda qətl törədən icra nümayəndələri və Türkiyə vətəndaşı barədə qərar verib
Cəlilabadda qətl törətməkdə təqsirləndirilən rayon İcra Hakimiyyətinin Təklə kəndi üzrə nümayəndəsi Famil Mahmudovun, Seyidbazar kəndi üzrə nümayəndəsi Zeydulla İsmayılovun və Türkiyə vətəndaşı Mehmet Ali Kurtoğlu barələrində hökmdən verilmiş kassasiya şikayətlərinə baxılıb.
Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Hakimlər heyəti Famil Mahmudov, Zeydulla İsmayılov və Mehmet Ali Kurtoğlu ilə bağlı apellyasiya instansiyasının qərarının düzgün olduğu qənaətinə gəlib. Kassasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Famil Mahmudova 19 il, Mehmet Ali Kurtoğluya 19 il 6 ay, Zeydulla İsmayılova 18 il iş verilib. Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb.
Zərərçəkən tərəf təqsirləndirilən şəxslərin ömürlük azadlıqdan məhrum edilmələrini istəyib.
Qeyd edək ki, bu il aprelin 18-də Cəlilabad rayon sakini, 1963-cü il təvəllüdlü Əflatun İltifat oğlu Abdullayevin avtomobili ilə evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Araşdırmalarla Cəlilabad Rayon İcra Hakimiyyətinin Təklə kəndi üzrə nümayəndəsi F.Mahmudov, Seyidbazar kəndi üzrə nümayəndəsi Z.İsmayılov və Türkiyə vətəndaşı Kurtoğlu Mehmet Ali İsmet oğlunun Ə.Abdullayevi qəsdən öldürmələrinə və meyitini Sabirabad rayonu ərazisindəki su kanalının kolluq hissəsinə atmalarına əsaslı şübhələr müəyyənləşib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-07-2023, 16:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər