"XalqBank"da milyonlar necə səpələnib... - İTTİHAM
Ölkəni illərdi ağuşuna alan, indiyədək davam etməkdə olan, ictimaiyyət arasında hədsiz narahatlıq yaradan "tikinti bumu" nəticəsində, böyük zəhmət və olmazın əzab-əziyyət hesabına topladıqları külli miqdarda pullarını qabaqcadan tikinti şirkətlərinə ödəyən ev və obyekt həsrətli minlərlə alıcı, aradan uzun müddət keçməsinə baxmayaraq, mənzil və obyektlərinin sahibi ola bilmirlər. Vətəndaşlar vəd olunan vaxtda tikintisi yekunlaşmayan, eləcə də maliyyə çatışmazlığı, kredit qalmaqalı, vergilərin ödənilməməsi, işlərin inşaat normalarına uyğun aparılmaması və s. səbəblərdən tikintisi dayandırılan binalara görə daha çox əziyyət çəkirlər. Minlərlə alıcının belə qanunsuzluqlarla qarşılaşması paytaxt Bakıda xoşagəlməz mənzərələr -- cəmiyyət üçün zərərli və öz-özlüyündə bəyənilməyən dramatik konfliktlər yaradır. Vətəndaşın pulunu alıb, istədiyini verməmək, əlbəttə, dələduzluq əməlidir və ölkənin hüquq-mühafizə orqanlarında bununla bağlı qalaq-qalaq şikayətlər var.
Ölkə mətbuatı da, deyilənlər barədə müxtəlif səpgili saysız-hesabsız yazılar verib. Xəbər portalı olaraq, araz.az da, mövzusu bu hadisələrdən qaynaqlanan, əsasən, alıcı hüquqlarının müdafiəsinə köklənən yüzlərlə tənqidi yazı dərc edib. Elə, saytın 15.08.2019-cu il tarixli, "Obyektləri əllərindən alınan iş adamları çətin durumda. Konstitusiya Məhkəməsinin ağlasığmaz qərarından narahat olan sahibkarlar, son ümid yeri olaraq, ölkə başçısına müraciət etdilər" sərlövhəli yazısı da bu biabırçılıqlar barədədir.
Əsas məsələyə keçməzdən öncə, qeyd etmək istərdik ki, ölkə mətbuatında da, adını yuxarıda çəkdiyimiz məqaləmizdə bəhs olunan hadisələrə aid müxtəlif səpkili xeyli yazı dərc edilib. Həmin yazıların əksəriyyətində, eləcə də bizim məqalədə adı hallanan, törətdiyi külli miqdarda mənimsəmə faktına görə hal-hazırda həbsdə olan "Mars-M” MMC-nin və bu tikinti qurumunun paytaxt Bakının ən elitar ərazisində -- Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında inşa etdiyi “Yasmin” biznes mərkəzinin direktoru Mərhəmət Bəşirov ciddi şəkildə tənqid olunub. Pis niyyətli bu sahibkarın vicdan çərçivəsinə sığmayan qanunsuz əməlləri, eləcə də onun "Xalq Bank" ASC-nin rəhbər şəxsləri ilə gizli və sirli biznes əlaqələri, bu yazımızda da, haqlı olaraq, tənqid atəşinə tutulur.
Keçək əsas məsələyə: Əvvəlki yazıda qeyd etdiyimiz kimi, bu bankın başda oturanları ilə qanunsuz biznes sövdələşməsinə gedən Mərhəmət Bəşirov, "Yasmin" ticarət mərkəzinin binasında qeyri-yaşayış sahəsi almağa üst-üstə 5 milyon manatdan çox pul xərcləyən, 2008-ci ildən burada sahibkarlıq fəaliyyəti ilə məşğul olan 22 nəfər iş adamının əmlak hüquqlarını kobud şəkildə pozaraq, sonda, bu şəxslərin üstündə 17 milyon dollarlıq "qumar oynamaqdan" belə çəkinməyib.
Картинки по запросу xalqbankBir ətək pul töküb, bu ticarət mərkəzində obyekt alanlara 10 ildən sonra məlum olub ki, şirkətin sahibi onların adına rəsmiləşdirdyi obyektləri də həmin banka uduzub. Yəni, "Mars-M”-in “Xalq Bank”-a külli miqdarda borcu olduğu üçün, bank bunun qarşılığında həmin sahibkarların dəyərləri milyonlarla ölçülən halal obyektlərinə də “əl qoyub”. Bütün bunlardan -- “Mars-M” şirkəti tərəfindən, “Yasmin” biznes mərkəzinin banka girov qoyulmasından xəbəri olmayan obyekt sahibləri, sahibkar Yalçın Məlikovun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış ala bilməməsinə görə, İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməsindən sonra xəbər tutublar.
Jurnalist araşdırmalarımızdan məlum olub ki, maxinasiya pərdəli bu ciddi məsələnin gizli çox məqamları var. Çünki ümumi sahəsi 20800 kvadratmetr olan 8 mərtəbəli (Əslində, qabaqcadan təsdiqlənmiş inşaat layihəsində biznes mərkəzinin binasının 5 mərtəbəli olacağı göstərilib -- red.) bu tikilinin, həmin 22 nəfərin obyektləri yerləşən 16000 kvadratmetr sahəsi banka girov kimi qoyulmayıb və girov predmeti ola da bilməz: 2008-2009-cu illərdə ayrı-ayrı şəxslərə satılmış bu obyektləri, 2013 və 2015-ci illərdə bankın girov kimi qəbul etməsinə mövcud qanun və qaydalar da icazə vermir. Həm də ticarət mərkəzinin istismarından xeyli əvvəl, “Mars-M” şirkətinin direktoru Mərhəmət Bəşirov həmin iş adamları ilə alqı-satqı müqavilələri bağlayıb və bunun əsasında həmin qeyri-yaşayış sahələrini rəsmən onlara satıb. Üstəlik, bu müqavilələr notarial qaydada təsdiqini tapıb, hətta alıcılara bu barədə maliyyə arayışları da verilib. Bir də ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən təhvil-təslim edilməyən, istismara yararlılığı təsdiq olunmayan bir binanın hansısa bankda girov kimi qəbul edilməsi daha bir kobud qanun pozuntusudur. Bütün bunlar bir yana, 2013-cü ildə "Xalq Bank"a müraciət edərək, 10 milyon manat məbləğində kredit əldə edən və onu qaytara bilməyən Mərhəmət Bəşirova, 2015-ci ildə bu bankın təkrar 17 milyon dollarlıq kredit ayırması da, şübhəli çox məqamlardan xəbər verir. Bütün bunlar isə, "Xalq Bank" ASC-nin rəhbər şəxsləri ilə, Mərhəmət Bəşirov arasında bundan çox-çox əvvəl sirli, gizli və müəmma dolu biznes əlaqələrinin olmasına dəlalət edir. Hələ rəsmi məhkəmə qərarı olmadan, "Xalq Bank"-ın "Cəsur" mühafizə qurumundan mühafizəçilər tutaraq, obyekt sahibi olan sahibkarların “Yasmin” biznes mərkəzinin binasına daxil olmasını qanunsuz olaraq əngəlləməsi də, bunun daha bir təsdiqidir.
"Yasmin" biznes mərkəzi ətrafında 3 il öncədən başlanan məhkəmə çəkişmələri indiyədək davam etsə də, sahibkarlar öz obyektlərində böyük məbləğdə pul vəsaiti hesabına yüksək səviyyədə təmir işləri aparıb, ofislərini bahalı mebel və digər əşyalarla təmin ediblər. Bütün bunlara, hətta şikayətçilərdən birinin - Afət Ağazadənin 5 aprel 2017-ci il tarixdə "Xalq Bank" və “Mars-M” şirkəti arasındakı məhkəmədə üçüncü şəxs qismində mülkiyyət hüququnun tanınmasına baxmayaraq, həmin 22 nəfərin yeni tikilidən aldıqları obyektlərini "Xalq Bank"-ın rəhbər şəxsləri, ağına-bozuna baxmadan, onların əllərindən almaqda israrlıdır. Belə qanunsuzluqların acı nəticəsidir ki, obyektləri əllərindən alınan və çətin durumla üzləşən bu iş adamlarının da ümidləri, gələcəyə dair planları tamamilə puça çıxıb. Üstəlik, Konstitusiya Məhkəməsinin onların xeyrinə verilən məhkəmə qətnamə və qərarlarını həssaslıq göstərmədən ləğv etməsi də, əl-qollarını yerdən-göydən üzüb. Bundan daha çox narahat olan sahibkarlar, son ümid yeri olaraq, ölkə başçısına və Birinci vitse-prezidentə müraciət ediblər. Mərhəmət Bəşirovun "Xalq Bank"la birgə törətdikləri qanunsuzluqlar barədə dövlət başçısına ətraflı məlumat verilib. Afət Ağazadənin, Sahib Quliyevin, Azər Mahmudovun, Akif Mahmudovun, Fuad Ramazanovun, Natəvan Bağırovanın, Əliağa Məmmədovun, Anar Hüseynovun, Zülfüqar Kazımovun, Yalçın Məlikovun, Adil Məmmədovun, Ədalət Zamanovun, Vüqar Həsənovun, Elçin Əliyevin, Qalıb Məmmədovun imzaladıları həmin açıq məktubu nöqtəsinə-vergülunə toxunmadan ötən yazımızda dərc etdiyimizdən, bu dəfə yalnız onu demək istəyirik ki, şikayət xarakterli bu müraciətin müəllifləri ölkə rəhbərinin diqqətinə, əsasən, “Mars-M” firmasının və “Xalq Bank” ASC-nin birgə fırıldaqlarının qurbanı olduqlarını çatdırmaq istəyiblər. Prezidentdən dönə-dönə xahiş ediblər ki, bu firildaq nəticəsində onlarla vətəndaşın haqqının pozulmasına, əmlaklarının qanunsuz ələ keçirilməsinə imkan verməmək üçün, qeyd olunan məsələnin araşdırılmasını nəzarətə götürsün.
Ümumiyyətlə, ölkədə elə vəziyyət yaranıb ki, yeni tikililərdə mənzil və obyekt almaq istəyən çoxsaylı alıcılar ya tikintisi yenicə başa çatan binalarda eyni mənzilin və qeyri-yaşayış sahəsinin bir neçə nəfərə satılmasından daha çox zərər çəkir, ya da bir tikinti şirkətinə öncədən ödədikləri pulları müqabilində, sonradan o binaya sahiblənən başqa bir qurumdan öz halal mülklərini ala bilmirlər. Etdikləri bu cinayət əməllərinə görə, etibarsız yüzlərlə tikinti qurumunun dələduz vəzifəli şəxsləri, Mərhəmət Bəşirov kimi, həbsə məhkum edilsələr də, bir çox hallarda, alıcılar mənzilə görə ödədikləri halal pullarını belə geri almaqda olmazın çətinliklərlə üzləşirlər. Hətta belə fırıldaqçılıq nəticəsində aldadılan alıcıların əksəriyyəti müxtəlif xəstəliklər tapırlar -- ortada həm pulları gedir, həm də canları! Baş verən şok yaşadıcı bu tip hadisələrin sayı-hesabı da yoxdur.
Digər bir problem isə, mülk sahibinin evində yaşamasına, obyektində iş görməsinə baxmayaraq, camaat arasında “kupça” deyilən mühüm sənədini ala bilməməsidir. Bəzi binaların inşaat normalarına uyğunsuz və lazımi sənədlərsiz tikilməsi sakinləri çıxarış almaqda olmazın çətinliklərlə üz-üzə qoyur.
Yazılı mətbuatda dərc olunan, sosial mediada və televiziyalarda yayımlanan xəbərlərdən də məlum olur ki, alıcılar, Mənzil-Tikinti Kooperativlərinin rəhbərlərlərinin, böyük zəhmət hesabına qazandıqları pullarını mənimsəməmələri üçün, son vaxtlar olduqca ehtiyatlıdırlar. İndi vətəndaşlar tərəfindən güclü və qanunauyğun işləyən tikinti qurumlarından mülk almaq amilinə mütləq şəkildə diqqət yetirilir. Alıcıların etibar edə biləcəkləri belə tikinti şirkətləri isə, ölkədə çox az, barmaqla sayılacaq qədərdir. Yaxşı ki, bir neçə etibarlı tikinti şirkətinin bu gün də aktiv olması, illərdi ev və obyekt arzusunda olan alıcıların ümidlərini tam puça çıxarmayıb. Çünki belə tikinti qurumlarının rəhbər şəxsləri tikdikləri binaların vaxtında istifadəyə verilməsini, satdıqları yaşayış və qeyri-yaşayış sahələrinə görə, sakinlərin rahat şəkildə çıxarışlar almasını daim nəzarətdə saxlayıb, onlara yaxından kömək etməklə insanların mülk alma qorxusunu tamamilə azaldıb. Aldadılan bu 22 nəfər iş adamı isə, "Mars-M" MMC rəhbərliyinin, bir dəfə də olsa, belə bir xoş addım atmasının şahidi olmayıblar.
Apardığımız araşdırmalar zamanı onu da öyrənə bildik ki, Mərhəmət Bəşirovun bir neçə korrupsioner ortağı olub. Onlarla əl-ələ verərək, şəhərin ayrı-ayrı nöqtələrində iri ticarət obyektləri tikdirib. Hazırda “Yasmin” adı altında fəaliyyət göstərən ticarət obyektlərinin çoxu da həmin şəxslərə məxsusdur. Tikintisi 40 milyon manata başa gələn "Yasmin" ticarət mərkəzi kimi obyektlərin inşasına Mərhəmət Bəşirovun MTK-ları tərəfindən sərf olunan pulları bu şəriklərin necə əldə etdikləri də tükürpədicidir. Cinayətkarların belə çirkin işlərinin sayı-hesabı yoxdur.
Mərhəmət Bəşirovun sahibi olduğu şirkətlərin dövlətə böyük miqdarda vergi borcunun olması barədə əlimizdə təkzibolunmaz fakt və sübutlarla dolu məlumatlar da çoxdur. Kəsəsi, o, kimlərəsə güvənərək, həmişə dövlətə vergi verməkdən qaçıb.
“Mars-M” firmasının rəhbəri artıq həbsdədir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə barədə qanun pozuntularını özündə ehtiva edən 195.1-ci maddəsi ilə ittiham edilir. İş üzrə "Yasmin" ticarət mərkəzində özlərinə obyekt alan 22 nəfər də zərərçəkən şəxs qismində tanınıb. Cinayət işinin ibtidai istintaqı başa çatdıqdan sonra, işin materialları baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib və hakim Hüseyn Səfərovun icraatına verilib. Artıq məhkəmə başa çatmaq üzrədir. Lakin "Xalq Bank" ASC-nin vəkili Muxtar Mustafayev həmin məhkəmə prosesində oyun oynayır. Qanunsuz hərəkətləri başa düşülən də deyil. Mərhəmət Bəşirovun cinayətlərindən danışan, haqqını tələb edən zərərçəkənləri, o, sanki düşmən gözündə görür. Bu zaman vəkil özünü idarə edə bilmir. Heç kimə yaraşmayan sözlər çıxır ağzından. Zərərçəkənlərin üstünə hücum çəkib, qeyri-adekvat şəkildə davranmağa başlaması,
proseslərə qalmaqal salmaq istəməsi, zərərçəkənləri təhqir etməsi, ağzına gələn təhqiredici ifadələr işlətməsi belə deməyə əsas verir ki, müqaviləli vəkili təkcə bankı yox, kredit cinayətkarı olan Mərhəmət Bəşirovu da müdafiə edəcəyi ilə bağlı ASC-nin rəhbər şəxsləri qarşısında öhdəlik götürüb. Açıq-aydın görünür ki, o, öyrədilmiş adama oxşayır və onun müdafiə metoduna yalnız hüquqi çərçivə yox, hədə-qorxu və başqalarını təhqir etmək də daxildir.
Hər şey hamının gözləri önündə baş verdiyindən, bu qənaətə gəlmək olur ki, prosesin normal getməsi vəkilin maraqlarına uyğun gəlmir deyə, o, heç kəsdən çəkinmədən bu addımı atır. Zərərçəkənlərin vəkili isə, bütün iclaslarda sonadək səbrini saxlamağı bacarır.
Onu da qeyd edək ki, vəkilin qanun çərçivəsinə sığmayan və etik normalara uyğun gəlməyən bu hərəkətləri ilə bağlı, həmin 22 nəfərin imzası ilə, Vəkillər Kollegiyasının rəhbəri Anar Bağırova müraciət ünvanlanıb. Ondan xahiş olunub ki, kollegiya vəkilin bu biabırçı hərəkətlərini araşdırib, hüquqi qiymətini versin və haqqında qanuni ölçü götürsün.
Xatırladaq ki, bu, Muxtar Mustafayevin məhkəmələrdəki etik çərçivələrdən kənar ilk qanunsuz biabırçı hərəkəti deyil. Ayrı-ayrı məhkəmə proseslərində onun belə hərəkətlər etməsindən ölkə mətbuatında yazılar dərc olunub. Həmin məhkəmə proseslərinin iştirakçısı olanlar, çox işlərdə iştirak edən və məhkəmə təcrübəsi olan adamlar olduqlarını, lakin ömürləri boyu belə vəkil görmədiklərini söyləyirlər.
Ölkə başçısının və Birinci vitse-prezidentin adlarına yazdıqları müraciəti araz.az-ın redaksiyasına ünvanlayan şikayətçilər araz.az-ın müxbiri ilə də görüşüblər. Söhbətlərindən bəlli olub ki, 2008-ci ildən etibarən, bütün tələb olunan sənədləri təqdim edib, dəfələrlə müraciət etsələr də, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Səhər Ərazi İdarəsindən obyektləri üçün çıxarışlarını əldə edə bilməyiblər: Çox vaxt, səbəb kimi, binanın hələ də istismara verilməməsi göstərilib:
"Əslində isə, alıcı tikinti şirkətinə bütün məbləği ödədikdən sonra, ona maliyyə arayışı verilməlidir. Bu arayış və ya məhkəmə qərarı əsasında, şəxsiyyəti təsdiq edən sənədin və dövlət rüsumunun ödənilməsi barədə arayışın təqdimatı alıcıya çıxarış -- "kupça" əldə etmək hüququ verir. Lakin hər dəfə burada da başımıza oyun açılıb. Gah deyiblər ki, bina istismara qəbul olunmayıb, gah da süründürməçilik edərək, bizi oradan uzaqlaşdırmağa çalışıblar. Sən demə, bizi belə aqibət gözlədiyini, onlar da, qabaqcadan bilirlərmiş.
Biz ala bilməsək də, Mərhəmət Bəşirov “Mars-M” şirkətinin adına 2013-cü ildə belə bir arayış almağa müvəffəq olub. Bəyəm, istismara yararlılığı Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiqlənməyən binanın adına Mərhəmət Bəşirovun həmin çıxarışı necə əldə etməsi böyük müəmmalar yaratmır?! Çıxarış məhkəmə qərarı əsasında verilibsə, istismara yararlılığı FHN tərəfindən təsdiqlənməyən bu binaya həmin çıxarışın verilməsi barədə qərar nəyə əsaslanıb?!
Məhz bu çıxarış əsasında, o, "Xalq Bank"a müraciət edib və birinci dəfə 10 milyon manat məbləğində kredit əldə edib. Bu maliyyə vəsaitini təyinatı üzrə olmadan geninə-boluna xərcləyən şirkət rəhbəri banka borcu qaytara bilmədiyindən, 2015-ci ildə "Xalq Bank"ın nümayəndələri onu ofisə dəvət edərək, kredit müqaviləsini restrukturizasiya etmək təklifini ortaya atıblar. Təklif qəbul olunub və 10 milyon manatlıq kreditin bağlanması, habelə tələb olunan işlərin aparılması üçün, "Xalq Bank" yenidən “Mars-M” şirkətinə 17 milyon dollarlıq kredit ayrıb. Lakin bu kreditin də aqibəti naməlum qalıb. Şirkət "Xalq Bank"a olan borcunu qaytara bilmədiyindən, uzun sürən məhkəmə prosesləri başlayıb və beləcə başımıza oyun açıblar.
Biz, bu məhkəmə çəkişmələrindən yalnız birindən -- sahibkar Yalçın Məlikovun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış ala bilməməsinə görə, İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməsindən sonra xəbər tutduq ki, “Mars-M” şirkəti tərəfindən, “Yasmin” biznes mərkəzi banka girov qoyulub. Bundan sonra başa düşdük ki, xərclədiyimiz külli miqdarda vəsait batır. Gəlir əldə etməyə ümid bəslədiyimiz qeyri-yaşayış sahələri isə, "Xalq Bank"a ötürülür. Bank isə, “Yasmin” biznes mərkəzini hərracda satıb, satışdan əldə edilən pulu “Mars-M” şirkətinin banka yaranmış borcunun ödənilməsinə yönəldəcək. Sahibkarların ziyanını kimin ödəyəcəyi isə, məlum deyil.
İştirakçısı olduğumuz bir məhkəmə prosesi də başa çatmaq üzrədir. Çox narahatıq. Konstitusiya Məhkəməsinin
Rayon Məhkəməsinin çıxardığı qətnaməyə qarşı həssaslıq nümayiş etdirməməsi bizi bu qənaətə gətirib ki, bu dəfəki iddialarımızın da, hansısa səbəblər ucbatından, sonda həqiqi qiymətini almamasının və diqqətdən kənarda qalmamasının qarşısını almaq üçün, mütləq bu məsələni ictimailəşdirməliyik. Güman edirik ki, bu məsələ ictimailəşdikdən sonra, ölkə başçısının göstərişi ilə, daha bir neçə dövlət strukturu bu məsələ ilə bağlı ciddi araşdırma aparmalı olacaq və əsl həqiqət təsdiqini tapacaq. Şikayətlərimizin qabardılıb, ictimailəşdirməsi mətbuatın üzərinə düşür. Jurnalistlərə inamımız böyükdür. Ümid edirik ki, mənimsənilən pullarımızı cavabdehdən almaq üçün, bizə media dəstəyi daha çox lazımdır".
Yaranmış bu xoşagəlməz problemlə bağlı, araz.az saytı araşdırmalarını davam etdirir və yaxın günlərdə "Xalq Bank"ın bu məsələdə nə dərəcədə günahkar olduğuna tam aydınlıq gətiriləcək. Yazılarımızı izləyin. //araz.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:26-08-2019, 10:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-08-2019, 10:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:33
Naxçıvan Səhiyyə Nazirliyində həbslər - Nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir İDDİA
Dünən, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Dünən, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Dünən, 11:20