Rusiyada ən çox qazanan azərbaycanlı: Kapitalı 5,9 milyard artıb
Rusiyalı milyarderlərin ümumi sərvəti avqustun 1-nə 32,341 milyard dollar artaraq 309,3 milyard dollara çatıb.
Bu barədə RİA Novosti “Bloomberg Billionaires Index”in məlumatlarına əsaslanaraq hesablamalar aparıb.
İlin əvvəlindən ən çox qazanan “Lukoyl”un ortağı Vahid Ələkbərovdur. Onun kapitalı 5,9 milyard dollar artaraq 21,3 milyard dollara çatıb.
Bu ayın əvvəlində Rusiyanın ən varlı iş adamları üçlüyünə “Norilsk Nikel” şirkətinin əsas sahiblərindən biri Vladimir Potanin, “Novatek”in həmsahibi Leonid Mixelson və Novolipetsk dəmir-polad zavodunun benefisiarı Vladimir Lisin daxil olub.
Potanin ilin əvvəlindən sərvətini 1,23 milyard dollar artıraraq 29,8 milyard dollara çatıb və biznesmeni rusiyalıların ən zənginləri arasında birinci yeri təmin edib. İkinci yeri tutan Mixelsonun sərvəti 2,73 milyard dollar artaraq 27,4 milyard dollar təşkil edib. Üçüncü yeri tutan Lisin aktivlərini 4,98 milyard dollar artıraraq 24,8 milyard dollara çatdırıb. Ələkbərov dördüncü yerdə qərarlaşıb.
Bloomberg Billionaires Index sahibkarların səhmlərinə sahib olduqları şirkətlərin səhmlərinin qiymətinə əsasən hesablanır. BBI reytinqinə dünyanın 500 ən varlı adamı, 25 Rusiya vətəndaşı daxildir.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-08-2023, 14:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər