reklam
Regionxeberlericom.az » Sosial » Daxili İşlər Nazirliyi yanğınla bağlı açıqlama verdi

reklam

Daxili İşlər Nazirliyi yanğınla bağlı açıqlama verdi


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, cari ilin aprel ayının 29-da Ağsu rayonunun Kalva kəndi ərazisində Alov Hacıyevə məxsus vaqonun yanması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Əraziyə baxış keçirilib və müvafiq nümunələr götürülüb. Yanğının başvermə səbəblərinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub. Araşdırmanın və ekspertizanın rəyindən asılı olaraq məsələ ilə bağlı prosessual qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin ediləcək. 

Yanğın hadisəsi baş verməzdən 2 gün öncə həmin vaqondan oğurluq edilməsi barədə isə şikayətçi polis orqanına rəsmi müraciət etməyib. Vətəndaşın xəbər saytlarında paylaşılan əlavə iddiaları araşdırma predmeti olduğundan  o, polis şöbəsinə dəvət edilib. Şikayəti olacağı təqdirdə yeni faktlar üzrə araşdırma aparılacaq.




Paylaş:


Müəllif : Tarix:
4-08-2023, 13:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər