reklam
Regionxeberlericom.az » Sosial » “Kənddən Şəhərə” yarmarkası fəaliyyətini DAYANDIRIB? – RƏSMİ AÇIQLAMA

reklam

“Kənddən Şəhərə” yarmarkası fəaliyyətini DAYANDIRIB? – RƏSMİ AÇIQLAMA


““Kənddən şəhərə” yarmarka bağlanmayıb, sadəcə mövsümü olduğu üçün tələb olduqda fəaliyyət göstərir, tələb olmadıqda isə yarmarkanın işinə fasilə verilir”.

Bu fikirləri Bizim.Media-nın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov qeyd edib.

Nazirlik rəsmisi yarmarkanın bağlanması ilə bağlı yayılan xəbərlərə cavab olaraq bunları deyib:

“”Kənddən Şəhərə” yarmarkası fasiləsiz fəaliyyət göstərən müəssisə deyil. Burda əsas rolu fermer tutur. Məsələn, 50 fermer nazirliyə öz məhsullarını yarmarkaya çıxarmaq üçün müraciət edir. Belə olan halda müvafiq qərar əsasında, onlara icazə verilir. Müraciət olmadıqda isə yarmarka işləmir.

Fermerlər müxtəlif səbəblərdən - hazırda məhsulun əkin-biçin vaxtı olduğu üçün, o cümlədən havaların isti keçməsi ilə bağlı müraciət etmirlər. Nə vaxt fermerlərdən tələb olarsa, o zaman yarmarka açılacaq.

“Kənddən Şəhərə” həm də fermerlərə dəstək platformasıdır. Onun fəaliyyəti 3 ildir ki, bu şəkildə davam edir və müxtəlif dövrlərdə təlabata görə dəyişir”.




Paylaş:


Müəllif : Tarix:
5-08-2023, 09:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər