reklam
Regionxeberlericom.az » Sosial » Bakı Nəqliyyat Agentliyindəki qanunsuzluqlara bağlı Baş Prokurorluğa müraciət ediləcək

reklam

Bakı Nəqliyyat Agentliyindəki qanunsuzluqlara bağlı Baş Prokurorluğa müraciət ediləcək


Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

Palatadan  verilən məlumata görə, iclasda Hesablama Palatasının 2023-cü il İş planı üzrə Bakı Nəqliyyat Agentliyi və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinin nəticələri barədə Auditor hesabatı müzakirə edilib. Aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması nəzərə alınaraq auditin nəticələrinə dair müvafiq materialların "Hesablama Palatası haqqında" qanunun 26.2-ci maddəsinə əsasən Baş Prokurorluğa göndərilməsi qərara alınıb.

Daha sonra iclasda 2023-cü ilin İş Planında nəzərdə tutulmuş auditlərlə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib, həmçinin funksional fəaliyyətlə bağlı gündəlikdə dayanan cari məsələlərə baxılıb.




Paylaş:


Müəllif : Tarix:
5-08-2023, 12:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər