reklam
Regionxeberlericom.az » Sosial » Hüquq müdafiəçisi `Azəriqaz` rəhbərliyini UYARDI - "İsti havalarda..."

reklam

Hüquq müdafiəçisi `Azəriqaz` rəhbərliyini UYARDI - "İsti havalarda..."


Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı "Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsinin rəhbərliyinə xitabən qanunlardan sitat gətirib və sözügedən qurumun rəhbərliyini uyarıb.

Regionxeberlericom.az DİA.AZ-a istinadən M.Qəhrəmanlının açıqlamasını təqdim edir:

"Azəriqaz Ağsu RQİİ rəhbərliyi üçün marifləndirmə. İsti havalarda işin dayandırılması telefonoqramma ilə deyil, Əmək qanunvericiliyi ilə təmzimlənir.

AR-nın Əmək Məcəlləsinə əsasən,

Havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Bu tələb kondinsoner və digər soyuducu vasitələrlə soyudulan qapalı iş yerlərinə şamil edilmir".





Paylaş:


Müəllif : Tarix:
7-08-2023, 17:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər