Xaçatryan Bakıdan ailəsinə məktub göndərdi
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçatryana baş çəkiblər.
“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bu barədə məlumatı Xaçatryanın qızı Vera Xaçatryan açıqlayıb.
Onun sözlərinə görə, BQXK nümayəndələri, həmçinin Vaqif Xaçatryanın ailəsinə yazdığı məktubu da ailəsinə təqdim ediblər. V.Xaçatryanın öz məktubunda vəziyyətinin yaxşı olduğunu bildirdiyi, hər zaman ailəsi haqda düşündüyü qeyd olunub.
Xatırladaq ki, Vaqif Xaçatryan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. O, keçirilmiş axtarış tədbirləri nəticəsində cari il iyulun 29-u BQXK-nın vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-08-2023, 18:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər