Mətbuatı üstümüzə İT KİMİ HÜRƏN molla rejimi ilə işlər nə yerdədir? - Ekspertlər danışır
Avqustun 8-də İran İslam Respublikası Baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahaninin rəhbərlik etdiyi, xarici işlər və digər aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri başlayıb.
Baş Prokurorluqdan verilən xəbərə görə, ilk növbədə nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Qonaqlar, həmçinin Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıblar. Nümayəndə heyətini qəbul edən Kamran Əliyev ötən il avqustun 30-da İran İslam Respublikasına səfəri çərçivəsində prokurorluq və ədliyyə orqanlarının rəhbər şəxsləriylə qarşılıqlı görüşlərdə hər iki ölkə vətəndaşlarının hüquqlarının qorunması, sərhəd, gömrük, ekoloji, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, humanitar və digər məsələlər barədə aparılan müzakirələrin qurumlararası fəaliyyətə müsbət təsirini qeyd edib.
Kamran Əliyev İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Müntəzirinin Ali Məhkəmənin sədri, Məhəmməd Mohadinin isə ölkənin Baş prokuroru təyin edilməsi münasibətilə həmkarlarına təbriklərini çatdırıb. Qəbul zamanı cari il yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan və İranın aidiyyəti qurumlarında istintaq olunan cinayət işləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Baş prokuror İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, habelə, hüquq-mühafizə orqanları əməkdaşlarının hadisə vaxtı göstərdiyi fəaliyyətsizliyin, bu terror aktının törədilməsinin səbəb və hallarının yoxlanılmasının, cinayəti törətmiş və cinayətlə əlaqəsi olan bütün şəxslərə qanunla nəzərdə tutulmuş layiqli cəzanın verilməsinin zəruriliyini vurğulayıb. Mehdi Əmiri İsfahani cari ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş hücumdan təəssüf hissi keçirdiyini bildirərək, Azərbaycan xalqına, hadisə nəticəsində şəhid olmuş və zərərçəkmiş şəxslərin ailə üzvlərinə başsağlığı verib. Bundan başqa, o, cinayət işinin istintaqının gedişatı barədə ətraflı məlumat verərək qısa müddət ərzində istintaqın tamamlanaraq iş üzrə qanuni qərarın qəbul olunmasının təmin ediləcəyini və təqsirli şəxslərin layiqli cəza alacağını bildirib. Nümayəndə heyətinin səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyəti prokurorluq və aidiyyəti istintaq qurumlarının iştirakı ilə görüşlər keçirərək cinayət işinin istintaqı və digər aidiyyəti məsələlərlə bağlı müzakirələr aparacaq. İranın bu tərkibdə nümayəndə heyətinin səfəri maraq doğurur. Mümkündür ki, həm hüquqi, həm də diplomatik məsələlərlə bağlı Tehran dalana dirəndiyi üçün Azərbaycanın belə demək mümkünsə, könlünü almaq istəyir.
Bəzi məlumatlara görə, Azərbaycanın Tehrandakı səfirliyini terror olayından sonra bağlaması İranı ciddi narahat edir və səfirliyin bərpasında son dərəcə maraqlıdır. Bu yöndə nümayəndə heyətinin Bakıda müzakirələr aparması da istisna deyil. Əgər Tehran münasibətləri normallaşdırmaq niyyətindədirsə, bunun üçün hansı addımları atmalıdır, nələr etməlidir?
Deputat Bəhruz Məhərrəmovun fikrincə, cənub qonşumuz artıq Azərbaycanın yaratdığı reallıqlarla barışmaq üzrədir: “Çoxşaxəli tarazlaşdırılmış xarici siyasət həyata keçirən Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz beynəlxalq hüququn norma və prinsiplərinə riayət edirik. Bütün dövlətlərlə dinc, yanaşı yaşamağa səy göstərir və beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq və mehriban qonşuluq prinsiplərinin bərqərar olunmasına çalışırıq. Bildiyimiz kimi, bu xəttə sadiq qalan Azərbaycan Vətən Müharibəsindəki şanlı zəfəri ilə bu niyyətlər üçün perspektivlər açan yeni reallıq yaratdı. Bütün çətinlikləri dəf edərək, düzgün strateji inkişaf yolu müəyyən edərək regionda və dünyada öz mövqelərini möhkəmləndirən, dinamik inkişaf edən müasir dövlətə çevrilmişik. Təəssüf ki, İran ötən dövr ərzində özünün də sağlam maraqlarının təmin olunduğu bu yeni reallıqları qəbul etmək istəməyib və davamlı olaraq mehriban qonşuluq münasibətlərinə sığışmayan davranışlar nümayiş etdirib.
Baxmayaraq ki, biz bütün qonşularımızla, o cümlədən min illər davam edən əlaqələrimizin olduğu İranla münasibətlərin gərgin qalmasını istəmirik, sülh şəraitində yaşamağı arzulayırıq. Cənab İlham Əliyevin Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda da ifadə etdiyi kimi, “Bizim heç bir ölkə, xüsusən də qonşu ölkə ilə hər hansı problemin olmasına ehtiyacımız yoxdur”.
Bütün bunlara baxmayaraq, İran ilə münasibətlərimiz çox çətin bir mərhələyə qədəm qoydu və Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, “bu, bizim seçimimiz deyil”. Lakin son dövrlər görünən odur ki, Bakıdan adekvat cavab tədbirləri nəticəsində Tehran artıq Azərbaycanın yaratdığı reallıq ilə tədricən barışmağa başlayıb. Xüsusən son təmaslar fonunda münasibətlərin yoluna qoyulması üçün imkanlar meydana çıxıb. Suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmama kimi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında bütün dünya dövlətləri ilə dostluq münasibətlərinin qurulması məzmunlu konstitusion niyyətimizi rəhbər tutaraq, təbii ki, biz də gərginliyə son qoyulmasının tərəfdarıyıq.
Çünki biz həmişə İrana faydalı əməkdaşlığımızın mövcud olduğu mehriban qonşumuz kimi baxmağı arzu edirik. Bu günlərdə intensivləşən təmaslar da bizim maraqlarımızı ifadə edir".
Deputat İranın etməli olduqlarına da toxundu: “Bizim niyyətimiz aydındır, öz növbəsində Tehrandan da mürəkkəb, İran dövlətinin maraqlarına zidd tələblərimiz yoxdur. İran Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktına görə beynəlxalq hüququn aliliyini və ədaləti rəhbər tutmalı, cinayət hadisəsi tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Eyni zamanda, Tehran digər təhrikedici əməllərindən çəkinməli, İranda sığınacaq verilmiş azərbaycanlı terrorçuları ekstradisiya etməlidir.
İran Baş Prokurorunun müavininin Azərbaycana səfəri bu mənada problemlərin müzakirəsi üçün əla imkandır və qonağın xoş niyyət ifadə edən bəyanatlar verməsi nikbinlik təlqin edir.
Həqiqətən də, ən ali səviyyədə də bəyan edildiyi kimi, İranla münasibətlərimizin gərginləşməsi bizdən qaynaqlanmır. Problemlərin necə və hardan qaynaqlandığı aydındır. Lakin təbii ki, keçmişə köklənib qalmamalıyıq və biz dialoqa açığıq. Çünki gərgin münasibətlərin heç bir beynəlxalq subyektə, o cümlədən yaxın qonşulara faydası yoxdur, üstəlik bu, BMT-nin məqsədləri və beynəlxalq hüququn prinsipləri üzrə də arzuolunan hal deyil. Xüsusən, çoxsaylı sanksiyalara məruz qalan İran üçün".
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İran-Azərbaycan münasibətlərinin gərginlikdə qalmasını istəyən qüvvələrin olmasından söz açdı: “Tehran Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlamasını istəyir. Çünki qonşu dövlətin İranda səfirliyinin fəaliyyət göstərməməsi Azərbaycan-İran münasibətlərinin normallaşmasına imkan vermir. İranın xarici işlər naziri də bu məsələylə əlaqədar dəfələrlə azərbaycanlı həmkarıyla telefonla danışıb. İranlı xarici işlər naziri Bakıya son səfərində prezident İlham Əliyevlə də bu məsələni müzakirə etmişdi. İranın prokurorluq heyətinin də Bakıya son səfərinin əsas mahiyyətində bu dayanır. Təsadüfi deyil ki, cənub qonşumuzun nümayəndə heyətinin tərkibində İranın müxtəlif nazirliklərinin nümayəndələri yer alıb. Rəsmi Bakı da Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətə başlamasını istəyir. Ancaq bunun üçün Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması başa çatmalı, cinayəti həyata keçirən və planlaşdıranlar cəzalarını almalıdırlar. Bunların heç biri baş verməyib. Tehran Azərbaycan səfirliyinin qısa müddətdə açılmasını istəyirsə, cinayət araşdırmasını yekunlaşdırmalı və məhkəmə prosesi keçirməlidir. Bu proses ləngiyir. Əgər səfirliyə hücum bir nəfərin cinayəti ilə əlaqəli olsaydı, məsələ tez həll olunar və Tehran məhkəmə işini ləngitməzdi. Məsələ ona görə ləngiyir ki, cinayətin arxasında başqa qüvvələr var və həmin qüvvələr cinayətin ədalətli şəkildə araşdırılmasının əleyhinədir. Onlar bu hərəkətləri ilə İran-Azərbaycan münasibətlərini gərginlikdə saxlayırlar”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:10-08-2023, 08:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər