reklam
Regionxeberlericom.az » Sosial » Çarəsiz ata prezidentə müraciət edir VİDEO

reklam

Çarəsiz ata prezidentə müraciət edir VİDEO








Şərur rayon sakini Musa İsmayılov deyir ki, iki il öncə prokurorluq orqanları rüşvət alıb, öldürülən qızının qanını batırıblar. Naxçıvandakı hakimiyyət dəyişikliyindən ümidlənən ata, cinayət işinin yenidən araşdırılmasını istəyib. Lakin, o iddi edir ki, Naxçıvanın yeni prokurorluq heyəti də rüşvət qarşılığında bu işi yenidən bağlamaq istəyir. Üstəlik, Naxçıvan MR Ali Məhkəməsi anasız qalmış iki azyaşlı nəvəsini onların əlindən almaq istəyir.
Onun iddiasına görə, qızını azyaşlı uşaqlarının gözləri qarşısında öz əri və qaynatası birlikdə öldürüblər. O hesab edir ki, travma almış azyaşlı uşaqların yenidən atasına verilməsi təhlükəlidir.
Musa İsmayılov deyir ki, bundan öncə 3 dəfə prezident İlham Əliyevə müraciət etsə də heç bir nəticəsi olmayıb. Teref.az yazır ki, bu dəfə o, öz şikayətini “Gündəlik Naxçıvan” vasitəsi ilə çatdırmaq qərarına gəlib.




Paylaş:


Müəllif : Tarix:
11-08-2023, 08:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər