reklam
Regionxeberlericom.az » Sosial » Daha bir İNTERNET DƏLƏDUZLUĞU... - "Həmin o şərəfsiz adamın tapılıb..."

reklam

Daha bir İNTERNET DƏLƏDUZLUĞU... - "Həmin o şərəfsiz adamın tapılıb..."

 İctimai fəal Sabir Zəkullaoğlu Azərbaycan Respublikasının Daxi İşlər Naziri Vilayət Eyvazova müraciət edib. Regionxeberlericom.az DİA.AZ-a istinadən bildirir ki, müraciət müəllifi nazirdən üzləşdiyi internet dələduzluğu ilə bağlı kömək istəyib. Müraciətdə deyilir:


"Yazıb sizə bildirirəm ki, mən 2011-ci ildən aktiv sosial şəbəkə istifadəcisiyəm.

Təxminən bir il əvvəl mənim fb səhifəm bağlandı.

Orada mənə görə qiymətli olan yazlarım var idi. Bu üzdən o səhifənin açılması üçün, bu işi bacaran adam axtarışında idim.

Bu gün mənə yaxın olan bir xanım dostum, dedi ki, Sabir, instaqramda mənə haker rast gəldi və mən ondan soruşdum ki, bizim bir fb səhifəmiz bağlanıb, onu aça bilərsizmi?

Cavab verdi ki, bəli, problem yoxdur. Xanım da mənim nömrəmi əlaqə yaratmaq üçün verib həmən o haker deyilən oğlana.

Axşam saatlarında oğlan mənə votçapda yazdı ki, bu adam sizsiz? Dedim, bəli.

Dedi ki, bu mənim bank kartımdır, həmən kartın şəklini çəkib atdı, pulu göndərin, açım səhifənizi.

Dedim qardaş, səhifəni ac, şifrəsini də özündə saxla, səhifəmə bir söz yaz, bilim ki, realdır, sizin zəhmət haqqınızı ödəyim.

Dedi yox, mən pulu bəri başdan alıram.

Dedim, qardaş yox!

İki dəqiqə sonra bu hakeri mənimlə tanış edən xanım mənə yazdı ki, bəs bu adam mənim şəklimi yerləşdirib hansısa əxlaqsız bir səhifəyə və mənə də çəkib göndərib ki bəs 100 manat verməsəniz siliməyib, sizi biabır edəcəyəm.

Sonra oğlan eyni şəkili mənə də göndərdi və üstəlik mənim də şəkilimin üstünə söyüş yazaraq paylaşdığını dedi..

Dedi ki, 100 manat ver silim.

Dedim, qardaş, etme, eləmə, mən cəhənnəm, heç olmasa o xanımın şəkilini o səhifədən çıxar.

Xanımın hörmətli ailəsi, abırı, ismət olan, müəyyən yaşa çatmış bir adamdır. Etmə, eləmə, sən azərbaycanlı olaraq, qadınlarımızın ləyaqətini qorumaq əvəzinə özün insanlarımızı şantaj edirsən. Pul müqablində namusunu qorumalı olduğun Azərbaycan qadınını özün hörmətdən salırsan...

Etmə!

Mümkün olmadı. Paylaşdı. Bizə də çəkib paylaşdığını göndərdi..

Dedim yaxşı. Bu halda mən polisə müraciət edəcəyəm. Hüquq müstəvisində cavab verməli olacaqsınız. Görüm siz bizi niyə şantaj edirsiz...

Dedi lap yaxşı edirəm. Mən elə polisə işləyirəm. Onlar üçün 50 minlik iş görürəm..

Dedim yaxşı, mən müraciət edib sənə polisin qüdrətini göstərəcəyəm.

Odur ki, cənab nazir, mənim və, mənimlə bərabər, adını burda yazmaq istəmədiyim həmin o xanımın şərəf və ləyaqətinin alçaldılmasını özünün qazanc mənbəyinə çevirmiş həmin o şərəfsiz adamın tapılıb cəzalandırılmasına göstəriş verməyinizi sizdən xahiş edirəm.

Adamın telefon nömrəsini, kart hesabını və yazdıqlarını da bu yazının altında yerləşdirirəm..

Votçapda dediyi sözlər də səs kaydında mənim və həmin o xanımın telefonumda durur...

Heç şübhə etmirəm ki, ən yaxın vaxtda, polisin də ünvanına aşağılayıcı ifadələr işlədən, azərbaycanlı adına ləkə olan bu adamı tapıb cəzalandıracaqsız.."








Paylaş:


Müəllif : Tarix:
12-08-2023, 08:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər