Ağdama qayıdana qədər... - Prezidentə MÜRACİƏT
"Təzadlar"a Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yaşayan Ağdam rayonundan məcburi köçkün Allahverdiyev Tahir Şahmalı oğlunun Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə ünvanlanmış müraciəti daxil olub.
Müraciətdə deyilir:
"Hörmətli cənab Prezident!
İlk növbədə bildirmək istəyirəm ki, Sizi xoşbəxt gələcəyimizin təminatçısı və işıqlı sabahımızın nuru kimi qəbul edirik. O nur ki, indi doğma Qarabağımızın üzərindən şəfəq saçır və ev-eşiyindən didərgin düşmüş bir milyona yaxın insanın qəlbində qalibiyyət məşəlinə çevrilib. Bütün bunlarla yanaşı, Sizin apardığınız daxili və xarici siyasət haqqında danışmaq üçün həmin sətirləri bir neçə vərəqə sığışdırmaq mümkün deyil və hesab edirəm ki, bu haqda görkəmli tarixçilər tərəfindən həmin fikirləri özündə əks etdirən qalın kitablar yazılır və bundan sonra da qazanılan uğurlar haqqında geniş şəkildə yazılmaqda davam edəcək. Bir sözlə, Siz bizim qəlbimizdə əbədi kök salan prezidentimiz və bütün qəhrəmanlıq obrazlarını özündə cəmləşdirən dahi sərkərdəmizsiniz - 30 ildən çox taleyimizə yazılan Qarabağ acısına son qoyan bənzərsiz zəka sahibi...
Hörmətli cənab Prezident!
İnanırıq ki, yaxın illərdə məhz Sizin rəhbərliyiniz altında aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində uzun illərdən bəri ayrı düşdüyümüz Ağdama qayıdacağıq, sökülmüş evlərimizi yenidən tikəcəyik və biz də daha fərqli bir iqtisadi zonanın sakinləri olaraq, üzərimizə düşən öhdəliklərin icrası istiqamətində ikiqat şövqlə çalışacağıq.
Hörmətli cənab Prezident!
Yuxarıda qeyd etdiyim uğurlara kölgə salmaq fikrindən çox-çox uzaq olaraq, bir məsələ haqda söz açmaq və dəyərli vaxtınızı çox almadan, həmin mövzu üzərində qısa söhbət aparmaq istəyirəm. Bildirirəm ki, məlum hadisələrdən sonra məcburi köçkün kimi Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən və tikintisi yarımçıq qalan məktəbin həyətində məskunlaşmışıq və uzun illərdir ki, üç qız övladımızla bərabər iki otaqlı daxmada çox ağır şəraitdə yaşayırıq. Bu vaxta qədər bütün çətinliklərin öhdəsindən çox ağır şərtlər altında gəlsək də, bu barədə heç bir quruma rəsmi müraciət ünvanlamadıq, kipriyimizlə od götürərək yaşadıq. Hal-hazırda isə övladlarımız böyüyüblər və yaşadığımız şəraitsizlik bir valideyn kimi bizi üzür, əldən salır. Bu üzdən də dərdlərimizi Sizinlə bölüşmək qərarına gəldik və inanırıq ki, yaranmış ağır şəraitdən çıxış yollarını birgə axtarmaqla, müsbət nəticələrin əldə olunmasına nail olacağıq. Öz növbəmdə, bu yöndə aidiyyəti qurumlara təklif edirəm ki, işğaldan azad edilmiş rayonlarımıza əhalinin bir hissəsinin köç etməsini nəzərə alaraq, Bakı şəhərində məcburi köçkünlər üçün tikilmiş olan evlərdə boş qalan həmin mənzillərin birinə ailəmizin müvəqqəti olaraq köçürülməsi istiqamətində humanist addımlar atsınlar və 5 nəfərdən ibarət olan ailə üzvlərimizin sağlam mühitdə yaşaması üçün öz köməkliklərini bizdən əsirgəməsinlər. Bu prosesdə istənilən dövlət qurumunun qarşısında üzərimizə düşən hüquqi öhdəliklərlə əvvəlcədən razılaşır və dövlətimizin mənafelərini öz mənafelərimizdən həmişə olduğu kimi üstün tutmağımıza söz veririk. Başlıca məqsədimiz bu ağır və dözülməz şəraitdən müvəqqəti də olsa, yaxa qurtara bilməkdir.
Sizdən xahiş edirəm ki, rəhbərliyiniz altında doğma Ağdam şəhərinə qayıdana qədər 3 qız övladımla bərabər 5 nəfərdən ibarət olan ailəmizi müvəqqəti olaraq məcburi köçkünlər üçün tikilmiş olan evlərdə məskunlaşmağımız istiqamətində Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin rəhbərliyinə öz müvafiq tapşırıqlarınızı verəsiniz.
Hörmətli cənab Prezident!
Ümüd edirəm ki, etdiyim bu rəsmi müraciətdən sonra bir çox dövlət qurumları səsimizə səs verəcək və məhz Sizin yüksək siyasi ideologiyanızın sayəsində mövcud problem öz müsbət həllini tapacaq.
Sizə əvvəlcədən bütün ailə üzvlərimiz adından öz dərin minnətdarlığımı bildirirəm". //tezadlar.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:15-08-2023, 08:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər