reklam
Regionxeberlericom.az » Sosial » Bakının qulağının dibində ibtidai icma şərtləri - GİLEY

reklam

Bakının qulağının dibində ibtidai icma şərtləri - GİLEY


Qəsəbə sakini: Camaat marsdan torpaq alır, yaşayış qurur, amma biz Bakının 8 km-də su üzünə həsrətik.

Hökməli qəsəbəsinin Beton yol adlanan ərazisinin sakinləri suyun və kanalizasiya xəttinin olmamasından şikayətçidirlər. İllərdir içməli suyu pulla alan sakinlər hər ay məvaciblərinin bir hissəsini məhz su almaq üçün kənara qoymalı olurlar. Susuz qalmamağın dərdindən onlar hər dəfə bir maşın suya 35 manat ödəyirlər. Vay o gündən ki, suyun qurtardığı vaxt pul da olmaya.

Qəsəbə sakini Ramil Tağıyev deyir ki, bu gün Hökməli qəsəbəsi, beton yol deyilən bu ərazidə 1000-dən çox ev var: "Bu qədər sakinin ciddi su və kanalizasiya xətti problemi var. Hal-hazırda həyətimdə 2 quyu qazmışam, ikisi də dolub. İndi məcbur olub küçəyə axıdıram kanalizasiyanı. Bilirəm ki, söyürlər, amma neyləyə bilərəm?”

Vətəndaşlar vəziyyətdən çıxış yolu kimi şəxsi həyətlərində, eləcə də darvazalarının qarşısında quyu – şambo qazdıraraq çirkab suları ora axıdırlar. Bu da torpaq qatının, yeraltı su mənbələrinin çirklənməsinə, digər ekoloji problemlərə səbəb olur.

Digər qəsəbə sakini Yadigar Şükürov isə bildirir ki, Bakının 8 km-də su üzünə həsrətdirlər: "Dərdimizin sayı-hesabı yoxdur, amma onlardan ən vacibi su, kanalizasiyanın olmamasıdır. Şambo sözünü eşidəndə mən iyrənirəm. 21 əsrin yarısı gedib, başqa ölkənin camaatı marsdan torpaq alır, yaşayış qurur, amma biz Bakının 8 km-də su üzünə həsrətik".

Əsasən kasıb təbəqənin məskunlaşdığı Betonyolu adlanan ərazidə vətəndaşlar öz şəxsi hesabına su xətti çəkməyin mümkünsüz olduğunu bildirirlər.

Qəsəbə sakini Tahir Süleymanov: "Burada yaşayanlar əsasən kasıb təbəqədən olan insanlardır. Varlı olsaq, özümüz öz hesabımıza suyumuzu çəkərik, ancaq yoxdur pulumuz. Biz də öz cibimizdən köməklik etməyə razıyıq yetər ki, suyumuzu çəksinlər. Dəfələrlə aidiyyatı qurumlara müraciət etməyimizə baxmayaraq heç bir müsbət reaksiya olmayıb".

Qəsəbə sakini Hökümə Süleymanova: "10 ildən çoxdur burada yaşayırıq. İndiyə kimi nə kanalizasiyamız olub, nə suyumuz. Kanalizasiya qapıda qazdığımız quyulara tökülür. Kanalizasiyanı axıtmaq üçün həyətdə şambo qazırıq. 10-15 gündənbir şambo dolur, məcbur olub 35 manat verib təmizlədib bir də istifadə edirik".

Qəsəbə sakinləri ilə söhbət zamanı məlum olur ki, onlar suyu pulla, susatan maşınlardan alırlar. Ortahesabla hər ay bir ev suya 70 manata yaxın xərc çəkir.

Qəsəbə sakini İbrahim Aslanov: “Suyun 12 tonunu 35 manata alırıq. Yay aylarında məcbur olub ayda iki maşın su alırıq. Bu isə əhalinin maddi cəhətdən əlavə ziyana düşməsinə səbəb olur. Kanalizasiyamız yoxdur, hazırda həyətimdə şambo qazıram. Hamının kanalizasiyası dolub axır yola. Camaat əziyyət çəkir. Aidiyyatı orqanlardan xahiş edirik bizə köməklik etsinlər".

Meydan TV





Paylaş:


Müəllif : Tarix:
16-08-2023, 08:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər