reklam
Regionxeberlericom.az » Sosial » Elm və təhsil nazirliyinin tərkibində yeni agentliklər YARADILIR – Vəzifə və səlahiyyətləri AÇIQLANDI

reklam

Elm və təhsil nazirliyinin tərkibində yeni agentliklər YARADILIR – Vəzifə və səlahiyyətləri AÇIQLANDI


Məlum olduğu kimi, Prezident İlham Əliyev 24 iyul 2023-cü il tarixdə Azərbaycanda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaradılması, eləcə də Əsasnamələrinin təsdiq edilməsi barədə barədə Fərman verdi.

Bəs bu agentliklərin yaranması hansı zərurətdən irəli gəlir və nə kimi ehtiyac vardır? Agentliklərin vəzifələri və iş strukturu nədən ibarət olacaq? Yeni struktur dəyişikləri təhsil sistemində hansı dəyişiklərə və yeniliklərə səbəb olacaq?

Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-nın bununla bağlı sorğusuna verilən cavabda göstərilir ki, ETN yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Azərbaycanda məktəbəqədər və ümumi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə yaradılıb.

Agentliyin vəzifələrinə Azərbaycan Prezidentinin 2023-cü il 24 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi”nin 3-cü bəndində qeyd olunur ki, Agentlik müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak etmək, onlara dair rəy vermək, müvafiq sahədə dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların, layihələrinin hazırlanmasında iştirak etmək və digər səlahiyyətlərinə malikdir.

Qurum həm də məktəbəqədər və ümumi təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrini və təhsil müəssisələrinə tədris-metodiki rəhbərliyi həyata keçirəcək, həmçinin təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarət edəcək.

Agentlik təhsil müəssisələrində sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində müvafiq şərait yaradılmasının təşkilinə nəzarət etmək, rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyalarını yaratmaq və onların fəaliyyətini təşkil etmək, eləcə də sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində zəruri köməkçi xidmətin təşkilinə nəzarəti təmin etmək və nitq pozuntusu olan təhsilalanlara kömək məqsədilə loqopedik xidmətin təşkilini təmin etmək səlahiyyətlərinə malik olacaq

Yeni struktur dəyişiklikləri məktəbəqədər və ümumi təhsil müəssisələrində nəticəyönlü, şəffaf və səmərəli idarəetmə modelini formalaşdıracaq və müasir idarəetmə texnologiyalarından istifadəni təmin edəcək. Bu müəssisələrində baş verə biləcək hər hansı neqativ halların qarşısı Agentlik tərəfindən qanunvericiliyə uyğun şəkildə alınacaq.

Agentliyin həm də təhsil müəssisələrindən fəaliyyət istiqamətlərinə uyğun olaraq hesabat və məlumatlar almaq, dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq hüquqları vardır.

Belə ki, yeni qurum fəaliyyət istiqamətlərinə uyğun rəy verəcək, təhlillər, tədqiqatlar və araşdırmalar aparacaq və monitorinqlər keçirəcək.

O cümlədən, metodiki və analitik materiallar, habelə tövsiyələr hazırlamaq, təkliflər vermək, müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi təşkilatları, elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar və komissiyalar yaratmaq hüquqlarına da malikdir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi isə bir sıra təkliflər hazırlayaraq nazir Emin Əmrullayevə təqdim edəcək.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi elm və ali təhsil sahəsində tənzimləmə və idarəetməni qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirəcək. Eyni zamanda, innovativ, çevik, nəticəyönlü və səmərəli idarəetmə modelinin yaradılması elm və təhsilin inteqrasiyasını daha da sürətləndirəcək.

Belə ki, ali və orta ixtisas təhsili müəssisələrində yeni təhsil proqramlarının (ixtisasların) açılmasına nəzarət edir və təhsilin bir pilləsi və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğunu təmin edir.

O cümlədən əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı kadr hazırlığına dair tələbatın müəyyən edilməsi üçün tədbirlər görür və əmək bazarının tələblərinə uyğun yeni ixtisasların yaranmasına zəmin yaradır.

Qurum fəaliyyətə başladıqdan sonra bir çox həlli vacib məsələlərlə bağlı təklifləri qısa müddətdə hazırlayaraq, ETN-nə təqdim edəcək.

Bu təkliflər əsasən, tabeliyində olan elm və təhsil müəssisələri üzrə tələb olunan dövlət büdcəsi vəsaitinə dair proqnozların, hər tədris ili üçün orta ixtisas və ali təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə tələbə qəbulu barədə təkliflərin, eləcə də xüsusi istedada malik təhsilalanların müəyyənləşdirilməsi və təhsillərinin davam etdirilməsinin stimullaşdırılması üçün tədbirlər görmək, onlar üçün məqsədli və adlı təqaüdlər təsis edilməsi ilə bağlı təkliflərin hazırlanması və nazirliyə təqdim edilməsidir.

Agentlik, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçməsinin müəyyən edilmiş qaydaya uyğun təşkilinə, eləcə də ali təhsil müəssisələri tərəfindən elmi-tədqiqat və elmi-metodiki işlərin təşkili qaydalarına və professor-müəllim heyətinin tədris işinin vaxt normasına riayət olunmasına nəzarət edir.

Agentlik fəaliyyətə başladıqdan sonra elmi fəaliyyət subyektlərinin elmi istinadlı informasiya resurslarına çıxışını təmin edir, təhsilalanların və təhsilverənlərin beynəlxalq mübadiləsi proqramlarını əlaqələndirir, eləcə də ETN ilə razılaşdırmaqla kolleclərin müdir və müavinlərini təyin edir.

Qeyd edək ki, hər iki agentliyin fəaliyyətinə ET naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir və qurumlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.

Onların elm və təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini var. Müavinlər vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar. //BİZİM.MEDİA//




Paylaş:


Müəllif : Tarix:
17-08-2023, 18:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər